Məhkəmə qərarları › İş №3(110)-328/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-328/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-328/2024 16.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1994-cü ildə Şərur rayon Yuxarı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olan, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında saxlanılmış, müayinə edilməsi üçün ekspertizaya göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs izahatında və verilmiş suallara cavabında təxminən 1 il əvvəl Bakı şəhərində olarkən Şərur rayon Çərçiboğan kənd sakini Müşviq adlı şəxsinin onun telefonundan İran İslam Respublikasının vətəndaşına zəng vurduğunu, həmin vaxtdan sonra həmin İran vətəndaşının ona zəng edərək narkotik vasitə istəyibistəmədiyini soruşduğunu, onun istəmədiyini deyərək onun nömrəsini bloka atdığını, təxminən 15 gün öncə adını Hüseyn kimi bildiyi həmin şəxsin yenə ona zəng edərək narkotik vasitə istəyib-istəmədiyini soruşduğunu, ona istəmədiyini dediyini, həmin şəxsin ona “gəl mən sənə göndərim sən yarısını istifadə et, yarısını da mən dediyim yerə qoy” dediyini, onun da bir az sıxıntılarının olduğunu, həm də burada narkotikaya görə tez tutduqlarını, kiməsə görə tutulmaq istəmədiyini dediyini, bundan sonra ondan “ot istəmirsən?” deyə soruşduğunu, onun da istədiyini dediyini, 1 gün sonra ona Aşağı Aralıq yazılan plakatın altında götürməsini dediyini, onun da həmin yerə gedərkən yolda yenə zəng edərək orada həm “marixuana” həm də “patı” olduğunu dediyini, həmin yerdən torbanı götürdüyünü, ona zəng edərək maddələri götürdüyünü dediyini, onun da “marixuana”ı özünün istifadə etməsini, “patı”nı isə 5 yerə bölərək onun dediyi yerlərə atmasını istədiyini, ona “patı”nın 5 qram olmadığını dediyini, onun da “bilirəm az olduğunu, sən olanı böl” dediyini, ona yaxşı deyərək telefonu söndürdüyünü, onun nömrəsini bloka atdığını, çöllük əraziyə gedərək “marixuana”nı siqaretə doluraraq istifadə etdiyini, qalan narkotik vasitələri çöllük ərazidə gizlətdiyini, Hüseynin ona başqa nömrələrdən zəng vursa da açmadığını, 1 gün sonra yenə həmin əraziyə gedərək qalan “marixuna”nı istifadə etdiyini, “patı”nı atmaq istəsə də fikirini dəyişdiyini, həmin yerdə gizlədərək təxminən 2 gün sonra mağazadan “Hell” adlı enerji içkisi alıb ona qataraq “patı”nın bir hissəsini istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, baş verənlərə görə çox peşman olduğunu, özünün əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsinə görə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti məhkum olunduğunu, hazırda cəzasının icrasının davam etdiyini, içkili olduğu üçün belə bir səhvə yol verdiyini, 3 ilə ərzində narkotik vasitə istifadə etmədiyini, azyaşlı uşağının olduğunu nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon Yuxarı Aralıq kənd sakini Şəxs, Şərur rayon İbadulla kənd sakini X2, və Şərur rayon Gümüşlü kənd sakini X3 narkotik vasitədən istifadə etmələri barədə məlumat daxil olduğunu, onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onları Naxçıvan şəhərində yerləşən Y.Budaqov adına X1 narko-tetsdən keçirdiklərini, onları narkotik vasitədən istifadə etmələrinin müəyyən olunduğunu, buna görə də ictimai təhlükəsizlik bölməsi tərəfindən protokol tərtib olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına MR X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 478 nömrəli narkoloji tibbi yoxlamanın nəticəsinə dair rəydən görünür ki, Şəxs sidik-narko test vasitəsilə müayinəsi zamanı narkotik tərkibli vasitədən MET (metamfetamin) istifadə etməsi müəyyən olunmuşdur. Elekton Məhkəmə İnformasiya Sistemindən görünür ki, Əliyev X5 MR Ağır Cinayətlər Məhkəməsinin 1(109)-8/2021 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; maddələri ilə təqsirli bilinərək şərti məhkum edilmiş, hazırda barəsində olan sınaq müddəti başa çatmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq psixotrop vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, cəzaçəkmə müddətinin hazırda bitmədiyini, onun təqsirinin dərəcəsini, habelə rəsmi iş yerinin olmamasını və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar