Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-33/2023 10.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şərur rayon Qorçulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qorçulu kəndinə qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə “Elvin” restoranında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 15:40 radələrində dostu turqayla Şərur şəhərində görüşdüklərini, sonra “Elvin” restoranına getdiklərini, 2-ci mərtəbədə əyləşərək, ofsiantdan içki istədiklərini, yeyibiçdikdən sonra aşağı mərtəbəyə ayaqyoluna getdiklərini, ayaqyolunun qapısı önündə içkili olduqları üçün ucadan səs-küy salaraq danışmağa başladıqlarını, orada işləyən bir qadın və Nadir adlı bir şəxsin gələrək onlara müştəriləri narahat etdiklərini bildirdiklərini, lakin həmin şəxslərinin sözlərinə məhəl qoymayaraq əməllərini davam etdirdiklərini, az sonra polis əməkdaşlarının gəlib onları polis idarəsinə dəvət etdiklərini, Şərur Rayon Polis İdarəsində izahat verdiklərini, tutduğu əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında və verilən suallara cavabında Şərur şəhərində özünə məxsus olan restoran işlətdiyini, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərindən Şərur şəhərinə gələn zaman təxminən saat 16:00 radələrində dostu Nadir Qazıbəyovun ona zəng vuraraq iki nəfər şəxsin içkili vəziyyətdə restoranda səs-küy salaraq nalayiq ifadələr işlətdiklərini bildirdiyini, bu barədə Şərur rayon Polis İdarəsinə zəng vuraraq məlumat verdiyini, restorana gələn zaman işçilərin ona polis əməkdaşlarının həmin şəxsləri polis idarəsinə apardıqlarını bildirdiyini, daha sonra Şərur rayon Polis İdarəsinə həmin şəxslər barəsəində şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə təxminən 15:40 radələrində dostu Əlinin restoranına yemək üçün getdiyini, orada yemək yeyərkən iki nəfər şəxsin ondan biraz aralıda içki içdiklərini, təxminən 25-30 dəqiqə sonra həmin şəxslərinin bir-biri ilə ucadan nalayiq ifadələr işlətməklə söhbət etdiklərini, onlardan bu səs-küydən narahat olduqlarını bildirərək sakit olmalarını istədiyini, lakin həmin şəxslərin hərəkətlərinə davam etdiklərini, restoran sahibi Əlinin polislərə zəng vuraraq oraya çağırdığını, az sonra polis əməkdaşlarının gəlib həmin şəxsləri Şərur Rayon Polis İdarəsinə apardıqlarını bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilərkən X4 da şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0327 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, X2 şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və sənəd aşkar edilməmişdir İş materiallarına əlavə olunmuş 0323 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 1855-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 31 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,37 promilli sərxoşluq aşkar edilmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008988 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə “Elvin” restoranında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şərur şəhərində “Elvin” restoranında uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli 09 fevral 2023-cü tarixdən saat 1855-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 fevral 2023-cü tarixdən saat 1855-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-33/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-33/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver