Məhkəmə qərarları › İş №3(110)-330/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-330/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-330/2024 18.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1987-ci ildə Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaqlı, fərdi əməklə məşğul olan, Şərur rayonu, Oğlanqala kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Oğlanqala kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan-Sədərək istiqamətində olan Magistral yolda tabe polis əməkdaşının qanuni tələbinə qəsdən olmamış, səs-küy salaraq, nalayiq ifadələr işlətməyə davam etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Oğlanqala kəndində qardaşı Gündüzə məxsus avtomobil ilə Sədərək rayon Gömrük məntəqəsinə getdiyini, ona məxsus tırı Türkiyə Respublikasının vətəndaşının idarə etdiyini, etibarnamə həmin şəxsin adına olmadığından Gümrük əməkdaşları tərəfindən saxlanıldığını, həmin yük avtomobili onun adına olduğundan gömrükdən çıxarıb başqa sürücüyə vermək üçün oraya getdiyini, spirtli içki qəbul etdiyini, gömrük məntəqəsindən çıxarkən X5 əməkdaşlarının onu saxlayıb avtomobili sərxoş idarə etdiyini dediklərini, onlara sərxoş olmadığını dediyini, buna baxmayaraq avtomobilini duracağa gətirdiklərini, bu zaman aralarında mübahisə yarandığını, sərxoş olduğu üçün onlarla mübahisə etdiyini, əməlindən peşman olduğunu, məhkəmədən yüngül tənbeh verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Naxçıvan-Sədərək istiqamətində X2 ilə xidmət apardıqlarını, Həmzənin Şəxs içkili olduğunu dediyini, “Mercedes” markalı avtomobili hərəkətdə ola-ola saxladıqlarını, onun alkotestrlə yoxladıqdan sonra 0,41 promil sərxoş olduğunun müəyyən olunduğunu, Şəxs onu buraxmalarını istədiyini, onun avtomobilini Şərur rayonunda yerləşən duracağa gətirdiklərini, orada Şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini, onu intizama dəvət etsələr də bu hərəkətini davam etdirdiyini, sonra onu Şərur RPİ-yə gətirib növbətçi hissəyə təhvil verdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X1 ilə eyni məzmunda izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq halının müəyyən edilməsi haqqında alkotestr müayinə sənədindən görünür ki, Şəxs 0.418% promil dərəcəsində alkoqol qəbul etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə və əmlak vəziyyətini və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar