Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-330/2025 03.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X6 iclas katibliyi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şərur rayonu, Mahmukəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Mahmudkəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəməyə izahatında bildirdi ki, Şərur Rayon Məhkəməsinin 2(110)-464/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcludan ümumilikdə 3409.62 manat məbləğində pul alınaraq X1 ödənilməsi qət edildiyini, borclu tərəfindən mütəmadi 200 manat məbləğində ödənişlər olduğunu, son ödənişi xx.xx.2025-ci il tarixdə 200 manat olduğunu, bugünədək 1600 manat ödəniş etdiyini, borclunun ölkədən getmə hüququ məhdudlaşdırıldığını və hal-hazırda 1809 manat borcu olduğunu, çağırış üzrə gəlmədiyini və borclu barədsində məhkəmənin qərardadı ilə məcburi gətirilmə tətbiq olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında icra sənədləri barədə xəbərdar olduğunu, heyvanlara xəstəlik düşdüyündən imkanı olmadığını və ödəyə bilmədiyini, işlərinin yaxşı getmədiyini, bugün 500 manat ödəniş etdiyini, 800 manat dəyəri olan malı 500-ə satıb pulunu verdiyini, tələbkara mal təklif etsə də, qəbul etmədiyini, malları satılığa çıxardığını, satılan kimi borcun qalanını da ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 2(110)-464/2024 nömrəli, xx.xx.2024-cü saylı icra vərəqəsinə əsasən cavabdeh X3 3375 (üç min üç yüz yetmiş beş) manat məbləğində vurulmuş ziyan və ödənilmiş 128 manat dövlət rüsumunun 34.62 manatı olmaqla, ümumilikdə 3409.62 (üç min dörd yüz doqquz manat altmış iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir; - xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, İsayev X4 MR Şərur Rayon Məhkəməsinin 2(110)-464/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 1809 manat pul tələbi borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs mülkiyyətində əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə isə iş yeri yoxdur və o, təqaüd, sosial müavinət almır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb , toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş və sözügedən maddənin sanksiya həddi beş yüz manatdan min manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı və qanunvericiliyin normativ tələbindən irəli gələrək işin faktiki hallarına nəzər yetirdikdə müəyyən olunur ki, Şəxs əməlində inzibati xəta tərkibinin yaranmasının dörd vacib elementindən biri olan subyektiv cəhət yoxdur. Onun icra sənədində göstərilən tələbi tam icra etməməsinə psixi münasibəti qərəzli deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, o, hər ay 200 manat olmaqla borcunu ödəyir və sonuncu ödənişi xx.xx.2025-ci il tarixdədir. Eyni zamanda icra sənədi üzrə icra məmurunun izahatında qeyd etdiyi kimi ümumilikdə 1600 manat ödəniş olunmuşdur. Tələb üzrə 1809 manat borc mövcuddur. Borclu Məhkəməyə verdiyi izahatında hazırda 500 manat ödəniş etmək imkanı olduğunu və həmin məbləği hazırda tələbkarın kart hesabına ödədiyini bildirərək qəbzi məhkəməyə təqdim etmişdir. Digər qalıq məbləği isə yaxın zamanda ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı,bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini,inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 11, 12, 13, 53,114, 115-c maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-330/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-330/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver