Məhkəmə qərarları › İş №3(110)-342/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-342/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-342/2024 04.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1982-ci ildə Şərur rayon Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, Sədərək rayon Sədərək kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sədərək rayon Sədərək kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhəri ərazisində saat təxminən 00:30 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə dostu X5 ilə birgə Şərur şəhərinə gəldiyini, sərxoş olduğu üçün həmkəndlisini çağırdığını, qoşa xətdən döndüyü üçün polis əməkdaşlarının onu saxladığını, bu zaman polis əməkdaşlarına avtomobilini duracağa aparmasını istəmədiyini dediyini, lakin polis əməkdaşlarının onun təklifini qəbul etmədiklərini, sonra isə maşınının duracağa apardıqlarını, maşını duracaq yerinə verdikdən sonra gedərkən Mərdanın sərxoş halda polis əməkdaşlarına nalayiq ifadə işlətdiyini, əməlindən peşman olduğunu, özünün ağır şəkər xəstəsi olduğunu, əlillik almağı üçün komissiyadan keçdiyini, bir də belə hərəkətlərə yol verməyəcəyini bildirib məhkəmədən yüngül tənbeh verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X7 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə polst yoldaşı X4 ilə Şərur şəhərində xidmətdə olduqlarını, saat təxminən 00:30 radələrində **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoşa xəttən geriyə dönərək yol hərəkəti qaydasını pozduğunu, həmin nəqliyyat vasitəsini saxladıqlarını, idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığının müəyyən olunduğunu, avtomobil sahibinin onların yanına gələrək içkili olduqları üçün sürücülük vəsiqəsi olmayan şəxsə verdiklərini dediyini, Şəxs avtomobilini duracağa aparılmasını istəmədiyini, burada ona cərimənin yazılmasını istədiyini, lakin ona bunun mümkün olmadığını bildirdiyini, bu zaman onun səs-küy saldığını, lakin onlara qarşı heç bir nalayiq ifadə işlətmədiyini, avtomobili duracağa təhvil verən zaman avtomobildə sərnişin kimi əyləşən X2 avtomobildən düşərək heç kimin onu buradan çıxara bilməyəcəyini dediyini, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini, söyüş söydüyünü, bu zaman əlavə qüvvə çağıraraq X5 və avtomobilin sahibi olan X1 çalışdıqlarını, onların öz hərəkətlərini davam etdirdiyini, sonra onları polis idarəsinə gətirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X7 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə və əmlak vəziyyətini və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar