Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-343/2025 08.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması mərhələsində nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 31 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı İXM-nin 529.3-cü maddəsi əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə, sözügedən məhkəmənin 3(078)-537/2025 saylı qərardadı əsasında Şərur rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onun barəsində olan həmin protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Qeyd edilən maddənin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda və şəxsiyyətini təsdiq edən sənəddə yaşayış yeri Şərur rayon, Dəmirçi kəndi qeyd olunsa da, Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VİQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda Sədərək rayon, Dəmirçi kəndində qeydiyyatda olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 31 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə sözügedən ərazinin hazırda daxil olduğu Sədərək rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-343/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-343/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver