Məhkəmə qərarları › İş №3(110)-346/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-346/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-346/2025 09.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN DYP İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin məhkəmə baxışına hazırlanması zamanı nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materiallardan görünür ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan – Sədərək avtomobil yolunun 56-cı km-də X1 idarə etdiyi avtomobil Şəxs idarə etdiyi “VAZ- 2121” markalı avtomobillə toqquşmuş və X2 müxtəlif bədən xəsarətləri ilə Şərur rayon Mərkəzi xəstəxanasına daxil olmuşdur. Aparılan araşdırma zamanı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında müvafiq qərar qəbul edilmiş və Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibatii məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün material Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN DYP İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materialı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, material natamam olduğundan inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN X4 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 08 dekabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN DYP İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar