Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-347/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1996-cı ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləyən, məhkumluğu olmayan, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında saxlanılmış, müayinə edilməsi üçün ekspertizaya göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs izahatında və verilmiş suallara cavabında usta fəaliyyəti ilə məşğul olduğunu, Rasif ilə evlərdə təmir işləri gördüyünü, təxminən noyabr ayının 1-dən 6-dək Yuxarı Yaycı kəndində Müslüm adında şəxsin evində işlədiklərini, həmin vaxt arada bir narkotik vasitələrdən danışdıqlarını, Rasifin bir dəfə “olsaydı nə çəkərdik” dediyini, Yuxarı Yaycıda olan işlərini bitirdikdən sonra həmkəndliləri Sürəyya adlı qadının evində işləməyə başladıqlarını, həmin vaxtı Rasifin ona 2 gün ərzində narkotok vasitə tapacağını dediyini, taparsa ona da verəcəyini söylədiyini, onun da Rasifin verdiyi halda çəkəcəyini dediyini, 8 noyabr 2024-cü il tarixində təxminən 16:00 radələrində Rasifin ona 2 saata kimi “patı” tapacağını dediyini, onun da razılaşaraq hardan alacağını soruşduğunu, lakin Rasifin ona “neynirsən kimdən aldığımı, uşaq vardı ondan aldım” dediyini, bir qədər sonra işdən çıxaraq evə getmək istədiyini, Rasif gedən zaman ona xəbər verəcəyini dediyini, saat 18:00 radələrində onundan işdən çıxaraq evə getdiyini, 1-2 saat sonra Rasifin ona zəng etdiyini, “çıx görüşək” dediyini, onun da “patı” gətirdiyini güman edərək dərhal küçəyə çıxdığını, bir az sonra Rasifin idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilində gəldiyini, onun avtomobilə əyləşməsini istədiyini, avtomobili məhəllənin yuxarı hissəsinə sürdüyünü, sonra avtomobilin qolaltı qutusundan lampa çıxararaq ona “patı tapmışam” dediyini, onun da kimdən tapdığını soruşduğunda ona heç nə demədiyini, sonra şalvarının ön cibindən çıxardığını ağ kağıza bükülü “patı”nı lampanın içinə dolduraraq istifadə etməyə başladıqlarını, arada fasilə verərək siqaret çəkdiklərini, sonradan yenə lampanı qızdıraraq tüstünü çəkməyə başladıqlarını, çəkib qutardıqdan sonra Rasifin onu evə buraxdığını, maşından düşərkən ondan “patı”dan qaldığını soruşduğunu, Rasifin də qalmadığını dediyini, sabahsı gün iş yerində narkotikadan danışmağa qorxduqlarını, xx.xx.2024-cü il tarixdə polislərinin onun yaşadığı evə gələrək onu polis idarəsinə dəvət etdiklərini, qan analizi verdikdən sonra qanlarında narkotik maddənin aşkar oldunduğunu, əməlindən peşman olduğunu, usta işləydiyini və aylıq 1000-1500 manat qazancı olduğunu, bütün bunları nəzərə alıb barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur rayon Çomaxtur kənd sakini X1 və Şəxs narkotik vasitədən istifadə etmələri barədə məlumat daxil olduğunu, əməliyyat müvəkkili Nağı Nağızadə ilə birlikdə onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onları Naxçıvan şəhərində yerləşən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində qan anlizindən keçirdiklərini, onları narkotik vasitədən istifadə etmələrinin müəyyən olunduğunu, buna görə də barələrində protokol tərtib olunduğunu bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 93K nömrəli məhkəmə-kimyəvi rəydən görünür ki, Şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metamfetamin aşkar olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq psixotrop vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə və əmlak vəziyyətini və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-347/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-347/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver