Məhkəmə qərarları › İş №3(110)-348/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-348/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-348/2024 20.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X17 oğlunun katibliyi, Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayənəsi X5, şikayət verən şəxs X6 iştirakı ilə, X6 Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs X3 MR Şərur rayon Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməklə barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X9 şikayətində bildirmişdir ki, mən X4 rayon Çərçiboğan kəndində yaşayıram. xx.xx.2024-cü il tarixdə Şərur şəhər. Heydər Əliyev prospekti 27 ünvanında Mersedes Benz E124 markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq bir şəxsə pul borcumu qaytarmaq istəyərkən Naxçıvan MR Şərur rayon Yol Patrul Xidmətinin X2 mənə yaxınlaşaraq mənə avtomobili yolun hərəkət hissəsində saxladığımı bildirərək protokol tərtib edəyəcəyini bildirmişdir. Mən ona etirazımı bildirərək avtomobilin durduğu yerin yolun hərəkət hissəsində deyil, yolun kənarında saxladığımı bildirdin. Buna baxmayaraq İnspektor mənə heç də həqiqətə uyğun olmayan bir protokol tərtib etmişdir. Mənim maşına əyləşib getmək istədiyimi bildirsəm də, mənə əhəmiyyət verməmişdir. Mən həmin protokla öz narazılığımı bildirdim. Həmin vaxt məni İXM-nin 346.4-cü maddəsilə nəzərdə tutulmuş 80 manat məbləğində cərimə olunmağım barədə qərar qəbul edilmişdir. Naxçıvan MR Şərur rayon Yol Patrul Xidmətinin barəmdə olan xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mənə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Buna görə də məhkəməyə müraciət edərək barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli inzibati tənbeh verma haqqında qərarın ləğv edilməsi və aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə baxışı iclasına iştirak edən şikayət verən şəxs X9 şikayətində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında yolun həmin hissəsində dayanma - durmanın qadağan olunmasına dair heç bir işarənin olmadığını, avtomobilini saxladığı yerin yolun hərəkət hissəsi olmadığını, yolun kənarı olduğunu, ondan əvvəldə də qara bir avtomobilin dayandığını, yol patrul xidməti əməkdaşının onu niyə cərimə etmədiyini bilmədiyini, ancaq onu cərimə etdiyini qeyd edərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasına iştirak edən Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayənəsi X10 izahatında X6 verdiyi şikayətin əsassız olduğunu, xx.xx.2024-cü il tarixdə Şərur şəhər Heydər Əliyev prospekti 27 ünvanında Mersedes Benz E124 markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikini yolun hərəkət hissəsində söndürərək avtomobildən uzaqlaşdığını, bunun iş materiallarında olan fotoşəkillərdən də aydın göründüyünü, Şərur rayon Polis İdarəsinin DYP bölməsinin X1 həmin avtomobilin fotoşəkillərini çəkərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, avtomobilin saxlandığı yerin yolu hərəkət hissəsi olduğu üçün orada dayanmaq, durmaq qadağandır yol nişanlarının olmadığını, qərarın qanuni olduğunu qeyd edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasına iştirak edən şahid X13 izahatında xx.xx.2024-cü il tarixdə Şərur şəhər Heydər Əliyev prospekti 27 ünvanında Mersedes Benz E124 markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin sönmüş vəziyyətdə yolun hərəkət hissəsində dayandığını gördüyünü, avtomobilə yaxınlaşaraq sürücünün içəridə olubolmamasına baxdığını, sürücünün avtomobilin içərisində olmadığını görüb avtomobilin fotoşəkillərini çəkərək, sürücü barəsində elektron qərar çıxarıldığını, qərarın sürcü X8 təqdim edildiyini, X6 ona 10 manat rüşvət təklif etdiyini, bunu telefonu ilə qeydə aldığını, ona pulu cibinə qoymasını bildirdiyini qeyd etmişdir. Şikayət verən şəxs X9 əlavə olaraq izahatında yol patrul xidmətinin əməkdaşının ona cərimə yazmasını gördüyünü, onun ancaq 10 manata imkanının çatdığını, onu alaraq banka ödəməsi üçün ona verdiyini, lakin yol patrul xidmətinin əməkdaşının həmin pulu almaqdan imtina edərək ona qaytardığını bildirmişdir. İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinin tələbləri pozaraq inizbati xəta törətmişdir; - xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs X9 məhkəmə iclasında yolun həmin hissəsində dayanma durmanın qadağan olunmasına dair heç bir işarənin olmadığını, avtomobilini saxladığı yerin yolun hərəkət hissəsi olmadığını, yolun kənarı olduğunu bildirsədə, onun qeyd etdikləri iş materialında olan fotoşəkillərlə təkzib edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, “Mersedes Benz” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yanqonşusu yoxdur və yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Belə olduğu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətdə göstərilən və eləcə də şikayət verən şəxsin məhkəmədə qeyd etdikləri onun inzibati məsuliyyətdən yayınmaq istəməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə görə yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir, yəni bu, yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər. Nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Sözügedən qayda pozuntusuna gəldikdə isə qeyd edilməlidir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması isə qadağandır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X6 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X6 Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd edilsin. Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli EQ 24942036 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar