Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-35/2021 04.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1985-ci ildə Şərur rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fəhlə işləyən, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 02.05.2021-ci il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs məxsus velosipedi oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında 02.05.2021-ci il tarixdə iş axtarmaq məqsədilə Maxta kəndindən Şərur şəhərinə gəldiyini, orada gəzərkən məscidin həyətinə daxil olduğunu, bu zaman məscidin həyətində “Bissan” markalı qırmızı rəngdə velosiped gördüyünü, həmin velosipedi imkansızlıqdan götürdüyünü, götürdükdən sonra yaşadığı Şərur rayon Maxta kəndində yerləşən evinə apardığını, tutduğu əməldən peşman olduğunu bildirərək ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında 02.05.2021-ci il tarixdə işdən çıxıb Şərur şəhərində yerləşən məscidə getdiyini, ona məxsus velosipedi məscidin yanında saxlayıb namaz qılmaq üçün içəriyə daxil olduğunu, məsciddən çıxanda velosipedini orada olmadığını gördüyünü, bununla bağlı Şərur Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirdiyini, Şərur Rayon Polis Şöbəsi tərəfindən velosipedinin ona qaytarıldığını bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X5 izahatında 02.05.2021-ci il tarixdə Şərur şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus velosipedinin oğurlandığını bildirdiyini, hadisə yerini müayinə edən zaman kamera görüntülərinin aşkarlandığını, həmin şəxsin Maxta kənd sakini Şəxs olduğu müəyyən edildiyini, Şəxs yaşadığı Maxta kəndinə yerləşən evinə hal şahidlərin iştirakı ilə baxış keçirildiyini, həmin evdə Zərərçəkmiş şəxs məxsus inzibati xəta predmeti olan velosipedin aşkar edilərək götürüldüyünü, həmin şəxsin barəsində tutma protokolu tərtib edilərək 02.05.2021-ci il tarixdə tutulduğunu, Zərərçəkmiş şəxs məxsus velosipedin zərərçəkmiş şəxsə təhvil verildiyini, toplanmış materiallar əsasında şəxsin barəsində inzibati xəta haqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X2 Kənd İcra Nümayəndəliyinin icra nümayəndəsi olduğunu, 02.05.2021-ci il tarixdə Şərur Rayon Polis əməkdaşlarının ona və X1 yaxınlaşaraq hal şahidi qismində iştirak etməklərini xahiş etdiklərini, onların hal şahidi qismində iştirak etməklərinə razı olduqlarını, Şərur rayon Maxta kənd sakini Şəxs yaşadığı evinə getdiklərini, həyətə baxış zamanı qırmızı rənglı velosipedin aşkarlandığını, həmin velosipedin şəkli çəkilərək protokol tərtib edildiyini, həmin protokolu imzaladığını bildirdi. Məhkəmədə şahid qismində izahat verən X4 eyni məzmunda izahat verərək şahid X6 dediklərini təsdiq etdi. Sənədlər: İş materiallarına əlavə olunmuş 03.05.2021-ci il tarixli Şərur Rayon Vergilər İdarəsinin aktından görünür ki, 1 ədəd “Bissan” markalı velosipedin dəyəri 140 manatdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının 03.05.2021-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarına əlavə olunmuş tutma protokolundan görünür ki, Şəxs 02.05.2021-ci il tarixdən tutulmuşdur. İş materiallarına əlavə olunmuş 02.05.2021-ci il tarixli əşyaların götürülməsi haqqında protokolundan görünür ki, 1 ədəd “Bissan” markalı velosiped götürülmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs 02.05.2021-ci il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs məxsus bir ədəd “Bissan” markalı velosipedi oğurlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati məsuliyytə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli şəxsin tutulduğu 02 may 2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-35/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-35/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver