Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-35/2022 29.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1994-cü ildə Şərur rayonu Yuxarı Daşarx kəndində doğulmuş, evli, 1 uşaqlı, orta təhsilli, Bakı Şəhəri Səbail Rayon Yanğından Mühafizə İdarəsində yanğınsöndürən vəzifəsində işləyən, Bakı şəhəri Höküməli qəsəbəsində kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində protokol tərtib olunmuşdur ondan ötrü ki, həmin şəxs 26.04.2022-ci il tarixdə Şərur rayon Yuxarı Daşarx kəndində Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 26.04.2022-ci il tarixində təxminən saat 13:00 radələrində Şərur rayon Yuxarı Daşarx kənd orta məktəbinin həyətində həmkəndlisi X2 ilə söhbət etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs kənardan onu çağırdığını, Sədinin ona onun Bakı şəhərində yaşadığını, kəndə gəldiyi zaman özünü yaxşı aparmadığını, hazırlığa gedən kənd qızlarının arxasınca avtomobili ilə düşdüyünü, bunu da bir neçə nəfərin gördüyünü dediyini, bunu bir daha eşidərsə onun üçün yaxşı olmayacağını dediyini və aralarında mübahisə yarandığını, onun evli olduğu üçün bu sözlərdən əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs 1 yumruq zərbə edirdiyini, oraya gələn şəxslərinin onları sakitləşdiriyini, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs ifadəsində Şəxs 26.04.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Yuxarı Daşarx kənd məktəbinin yanında həmkəndlisi Şəxs gördüyünü, söhbət etmək üçün onu yanına çağırdığını, ona böyük kimi nəsihət edərək, kənd qızlarının arxasınca düşməsinin yaxşı hərəkət olmadığını, bu hərəkətini bir daha etməməsini ondan istədiyini, Elnurun isə onun sözlərinə məhəl qoymayaraq onun üzərinə gələrək ona yumruqla zərbə vurduğunu, hazırda Şəxs şikayəti olmadığını, barışdıqlarını, buna görə də məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Şahidin izahatı: Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində 26.04.2022-ci il tarixdə Şəxs ilə birlikdə kənd məktəbinin həyətində söhbət etdiklərini, həmin zaman Əliyev X3 çağırdığını, ondan xeyli aralıda söhbət etdiklərini, bir müddət keçdikdən sonra aralarında mübahisə yarandığını,onların bir-birinə fiziki güc tətbiq etdiyini görərək cəld onların yanına qaçdığını, qaçarkən Elnurun Sədini vurduğunu görmədiyini, onların yanına çataraq onları ayırdığını bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 29.04.2022-ci il tarixli 53 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun əsasında qançur və sıyrıq, sol gözünün alt nahiyyəsindən qançur küt əşyanın təsirindən törəməyə xarakterikdirlər, xəsarətlərin yetirmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri müəyyən edilmir. İş materiallarında olan 29.04.2022-ci il tarixli 377 nömrəli tibbi arayışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs praktik sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51,53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-35/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-35/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver