Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-355/2024 13.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şərur rayon Xələc kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq anası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon İbadulla kəndində qeydiyyatda olan və İbadulla kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis Polis İdarəsinin İbadulla Polis bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 13 dekabr 2024-cü il tarixdə Şərur rayon İbadulla kəndində Şərur rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında o Şərur rayon İbadulla kəndində qeydiyyatda durmaqla Şərur rayon Arpaçay kəndində yaşadığını, o 2014-cü il tarixdə Şərur rayon İbadulla kənd sakini X4 ilə ailə qurduğunu, onların bu evlilikdən iki övladları olduğunu, o əri Nizami Tağıyevin qumar oyunlarına qurşanması və onunla arasında baş vermiş mübahisələrə görə ondan ayrılmaq üçün Şərur rayon Məhkəməsinə müraciət etdiyini, onların artıq boşanmaq üçün 2 məhkəmələri olduğunu, axırıcı məhkəmələrinə qədər qızları Nur Tağıyeva və Fatimə Tağıyeva əri Şərur rayon İbadulla kənd sakini Nizami Tağıyev ilə birlikdə yaşadığını, xx.xx.2024-cü il tarixdə o qızlarını görmək üçün qaynanası Şərur rayon İbadulla kəndində yaşayan Zərərçəkmiş şəxs evinə getmək istədiyini anasına dediyini, anasıda onunla razılaşdığını və o ev telefonları ilə qayananası Zərərçəkmiş şəxs telefonuna zəng vurduğunu və qaynanası Zərərçəkmiş şəxs telefonu açdığını və o ona "qızlarını görmək istədiyini və anası ilə birlikdə onlara gələcəklərini" sözlərini dediyini, qayınanası isə ona "onlar xəstəxanada olduqlarını, Fatimənin xəstələndiyini, həkimin yanından çıxandan sonra atası gilə gedəcəklərini" sözlərini dediyini və telefonu söndürdüyünü, daha sonra anası əmi oğlusu Şərur rayon İbadulla kənd sakini X3 zəng vurduğunu və onları Şərur rayon Məhkəməsinə aparmasını istədiyini, o da gəlib onları Şərur rayon Məhkəməsinə apardığını, o məhkəmədə işləyən Ayşə xanıma qızını görə bilmək üçün onlara gedəcəklərini dediyini və Ayşə xanımda onlara qızlarını görə biləcəklərində heç bir qadağa olmadığını və görə biləcələrini dediyini, onlar məhkəmədən çıxıb Şərur rayon İbadulla kəndinə İcra nümayəndəliyinin binasının yanına getdiklərini, burada qızlarını görmək üçün bildiriş vərəqəsini İbadulla kəndinin icra nümayəndəliyindən götürməli olduqlarını, çünki qızlarını görmək üçün həmin bildiriş vərəqəsini götürməsinin vacib olduğunu, onlar İbadulla kəndinin icra nümayəndəsinə zəng vurduqlarını, lakin telefonu açmadığını, onlar daha sonra oradan İbadulla kəndində yerləşən əri Nizami Tağıyevin evinə qızlarını görmək üçün getdiyini, onlar əri Nizami Tağıyevin evinin yanına çatdıqlarını və avtomobildən düşüb onların evinin qapısını döydüyünü və çölə heç kim çıxmadığını,onlar orada təxmini yarım saat gözlədikdən sonra qayınanası Zərərçəkmiş şəxs, onun bacısı Nailə Musayeva və qızlarım Nur Tağıyeva və Fatimə Tağıyeva avtomobil ilə gəldiyini, onlar avtomobildən düşən zaman qızı Fatimə Tağıyevanın ayağının sarğılı olduğunu gördüyünü, buna görə də qızı Fatiməni o vəziyyətdə gördüyü üçün ona tərəf getdiyini, həmin vaxtı qızı Fatimə nənəsi Zərərçəkmiş şəxs qucağında olduğunu, o Fatiməni qucağına almaq istəyəndə Fatimə qayınanası Zərərçəkmiş şəxs boynuna sarıldığını və o qızını onun əlindən almaq istəyəndə ola bilsinki, əlləri ilə qızının əllərini qaynanasının boynundan aralamaq istəyəndə qaynanası Zərərçəkmiş şəxs boynuna xəsarət yetirdiyini, bu zaman qızı Fatimə ağladığını və o əllərini qızının üzərindən çəkdiyini və qaynanası qızını evinə apardığını, daha sonar onlarla birlikdə gələn taksi şöferi Qurban adlı şəxsin balaca qızı Nur Tağıyevanı qucağına alıb Zərərçəkmiş şəxs evinə apardığını, təxmini orada 15 dəqiqə gözlədiklərini və daha sonra oradan çıxıb öz evlərinə getdiklərini. Daha sonra polis əməkdaşlarının onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirmişdir Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında o Şərur rayon İbadulla kəndində yaşadığını, oğlu Nizami Tağıyevin gəlini Şərur rayon Arpaçay kənd sakini olan Şəxs ilə ailə qurduğunu, lakin hal-hazırda boşanma ərəfəsində olduqlarını, bu boşanma ərəfəsində oğlu Nizami Tağıyevin qızları yəni onun nəvələri Fatimə Tağıyeva və Nur Tağıyevanın məhkəmə qərarına əsasən onların evdə qalmasına qərar verildiyini, böyük nəvəsi Fatimə Tağıyeva velosipeddən yıxıldığı üçün ayağı yaralandığını və 23.11 2024-cü il tarixdə saat 11-də o onu bacısı Nailə Musayeva, nəvəsi Nur Tağıyeva və həmkəndlisi taksi şoferi Qurban adlı şəxsin avtomobili ilə Şərur rayon mərkəzi xəstəxanasına getdiklərini, bu zaman xəstəxanada olarkən onun telefonuna tanımadığı bir şəxsdən zəng gəldiyini, o telefonu açdığını və ona zəng edən gəlini Şəxs olduğunu, Şəxs ona harada olduğunu və nə zaman gələcəyini soruşduğunu, oda ona nəvəsi Fatiməni xəstəxanaya gətirdiklərini dediyini, daha sonra gəlini Şəxs ona heç yerə getməməyini, 1 saat içində evlərinə gəlib uşaqları Fatimə Tağıyevanı və Nur Tağıyevanı öz evlərinə aparacağını dediyini, o daha sonra xəstəxanadan çıxdığını və bacısı Nailə Musayeva, nəvəsi Nur Tağıyeva və həmkəndlisi olan taksi şoferi Qurban adlı şəxsin avtomobili ilə Şərur rayon İbadulla kəndində yerləşən evlərinə getdiklərini, Saat 13-də onlar evlərinin yanına çatanda evlərinin qarşısında gəlini Şəxs, onun anası Elmira Şəmsəddinova və onlarla birlikdə gələn tanımadığım daha iki nəfər şəxsi gördüyünü, onlar avtomobildən düşərkən gəlini Şəxs böyük nəvəsi olan Fatiməni onun əlindən aldığını və ondan nə olduğunu soruşduğunu, Fatimə isə ona velosipeddən yıxıldığını dediyini, bu zaman gəlini Şəxs zorla nəvələrini ondan alıb aparmağa çalışdığını, Gəlini Şəxs nəvələrini aparmağa çalışanda nəvələri qorxub ağlamağa başladıqlarını, oda gəlininə uşaqların qorxduğunu, belə etməmələrini söylədiyini və uşaqları onun əlindən aldığını, gəlini Şəxs üstünə gələrək onu əlləri ilə boğazından tutaraq boğmağa başladığını və üz nahiyyəsindən sillə və yumruqla vuraraq ona xəsarət yetirdiyini, bu zaman bacısı Nailə Musayeva onların arasına girdiyini və o evlərinə getdiyini, daha sonra bacısının polis əməkdaşlarına müraciət etdiyini və polis əməkdaşları gəldikdən sonra gəlini Şəxs, onun anası və onlarla gələn tanımadığım şəxslər onların evdən uzaqlaşaraq getdiklərini, onlar getdikdən sonra o xəstəxanaya getdiyini, bu barədə Şərur rayon Polis İdarəsinə müraciət etdiyini, Şəxs bağışlamadığını, onun cəzalandırılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında o Şərur rayon Qışlaqabbas kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 10-da bacısı Zərərçəkmiş şəxs ona telefonla zəng etdiyini və ona nəvəsi Fatimə Tağıyevanın velosipeddən yıxıldığı üçün xəstəxanaya aparacağını və onunda onunla birlikdə gəlməsini istədiyini, oda bacısı ilə birlikdə Şərur rayon mərkəzi xəstəxanasına getdiyini, onlar xəstəxanada olarkən bacısının gəlini Şəxs bacısının telefonuna zəng etdiyini və onlar xəstəxnadan çıxıb bacısıgilin evinə doğru getdiklərini, Saat 13-da onlar bacısı Zərərçəkmiş şəxs evinin yanına çatanda onların evinin qarşısında bacısının gəlini Şəxs, onun anası Elmira Şəmsəddinova və onlarla birlikdə gələn tanımadığı daha iki nəfər şəxsi gördüyünü, onlar avtomobildən düşərkən bacısının gəlini Şəxs qızı Fatiməni bacısınının əlindən aldığını və bu zaman bacısının gəlini Şəxs zorla bacısının nəvələrini ondan alıb aparmağa çalışdığını, bacısının gəlini Şəxs qızlarını aparmağa çalışanda onlar qorxub ağlamağa başladıqlarını, daha sonra bacısı Zərərçəkmiş şəxs nəvələri Nur Tağıyevanı və Fatimə Tağıyevanı gəlini Şəxs əlindən almağa çalışdığını, bu zaman Şəxs bacısı Zərərçəkmiş şəxs üstünə gedərək onu əllərı ilə boğazından tutaraq boğmağa başladığını və üz nahiyyəsindən sillə və yumruqla vuraraq ona xəsarət yetirdiyini, bu zaman o onların arasına girdiyini və bacısını evə apardığını, daha sonra o polis əməkdaşlarına müraciət etdiyini və polis əməkdaşları gəldikdən sonra bacısının gəlini Şəxs, onun anası Nailə Musayeva onların aralarına girdiyini və o evlərinə getdiyini, daha sonra bacısı polis əməkdaşlarına müraciət etdiyini və polis əməkdaşları gəldikdən sonra gəlini Şəxs, onun anası Elmira Şəmsəddinova və onlarla birlikdə gələn tanımadığım daha iki nəfər şəxs oradan uzaqlaşaraq getdiklərini, daha sonra onlar bacısı Zərərçəkmiş şəxs xəstəxanaya apardıqlarını və xəstəxanadan qayıtdıqdan sonra polis əməkdaşları onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında o Şərur rayon Arpaçay kəndində qeydiyyatda durmaqla yaşadığını, o taksi fəailiyyəti ilə məşğul olduğunu, xx.xx.2024-cü il tarixdə saat 10-da əmi qızısı onun telefonuna zəng edərək onu və qızını Şərur rayon Məhkəməsinə aparmasını istədiyini, oda onları öz avtomobili ilə Şərur rayon Məhkəməsinə apardığını, onlar məhkəmədən çıxdıqdan sonra onlar İbadulla kəndinin icra nümayəndəliyinin yanına getdiklərini və yolda qardaşının yoldaşı Naibə Mirzəyevanı götürüb onunla birlikdə getdiklərini, onlar icra nümayəndəliyinin yanına çatdıqlarını və burada əmisinin nəvəsi Şəxs qızlarını görməsi üçün icra nümayəndəliyindəki bildiriş vərəqəsini alıb, daha sonra qızları Nur Tağıyevanı və Fatimə Tağıyevanı görmək üçün Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs evinə gedəcəklərini, onlar orada biraz gözlədikdən sonra İbadulla kənd sakini Zərərçəkmiş şəxs evinin qarşısına getdiklərini, əmisinin nəvəsi Şəxs avtomobildən düşdüyünü və qapını döyməyə başladığını, lakin o qapını nə qədər döysədə çölə çıxan olmadığını, onlar təxmini yarım saat orada gözlədikdən sonra Şəxs qayınanası, onun bacısı və Şəxs qızları avtomobil ilə gəldiklərini, onlar avtomobildən düşən zaman Günel qızı Fatimə Tağıyevanın ayağının sarğılı olduğunu gördüyünü, buna görə də Günel qızını o vəziyyətdə gördüyündən ona tərəf getdiyini, həmin vaxtı Günelin qızı nənəsinin qucağında olduğunu, Günel qızını qucağına almaq istəyəndə qayınanası buna imkan vermədiyini və onların arasında dartışma olduğunu, daha sonra Günelin qızı ağlamağa başladığını və Günelin qayınanası Fatiməni evinə apardığını, daha sonra onlarla birlikdə gələn taksi şoferi Qurban adlı şəxs Günelin balaca qızını qucağına alıb Günelin qayınanasının evinə apardığını, onlar təxmini orada 15 dəqiqə gözlədiklərini və daha sonra oradan çıxıb Güneli və anası Elmiranı öz evlərinə apardığını, daha sonra polis əməkdaşları onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahatında o Şərur rayon Arpaçay kəndində yaşadığını, qızı Şəxs qız 2014-cü il tarixdə Şərur rayon İbadulla kənd sakini X4 ilə ailə qurduğunu, qızı Şəxs Nizami Tağıyev ilə aralarında baş vermiş mübahisələrə görə artıq ayrılmaq qərarına gəldiyini, halhazırda onların ayrı yaşadıqlarını və qızı Şəxs boşanmaq üçün məhkəməyə müraciət etdiyini, Məhkəməyə qədər qızı Şəxs qızları Nura Tağıyeva və Fatimə Tağıyeva qızının əri Şərur rayon İbadulla kənd sakini Nizami Tağıyevin evində yaşadıqlarını, xx.xx.2024-cü il tarixdə saat 10-da qızı Şəxs ona "qızlarımı görmək istəyirəm, gəl gedək İbadulla kəndinə qaynanam Zərərçəkmiş şəxs evinə" dediyini, oda qızına gedəbiləcəklərini dediyini, qızı Şəxs onları ev telefonları ilə qaynanası Zərərçəkmiş şəxs mobil telefonuna zəng vurduğunu və Zərərçəkmiş şəxs qızlarını görmək üçün onlara gəlmək istədiyini dediyini, Zərərçəkmiş şəxs isə qızına nəvəsi Fatimə Tağıyevanın xəstələndiyi üçün xəstəxanaya apardıqlarını və xəstəxanada olduqlarını dediyini, sonra qızı Şəxs Zərərçəkmiş şəxs qızlarını görmək üçün onlara gələcəyini dediyini və Zərərçəkmiş şəxs isə qızına "biz xəstəxanadan çıxdıqdan sonra atamgilin evinə gedəcəyik" sözünü dediyini və telefonu söndürdüyünü, o daha sonra əmi oğlusu Şərur rayon İbadulla kənd sakini X3 zəng vurduğunu və onları Şərur rayon Məhkəməsinə aparmasını istədiyini,o da gəlib onları Şərur rayon Məhkəməsinə apardığını, o məhkəmədə işləyən Ayşə xanıma nəvələrini görə bilmək üçün onlara gedəcəklərini dediyini və Ayşə xanımda onlara nəvələrini görə biləcəklərində heç bir qadağa olmadığını və görə biləcəklərini dediyini, onlar məhkəmədən çıxıb Şərur rayon İbadulla kəndinə İcra nümayəəndəliyinin binasının yanına getdiklərini, burada qızı Şəxs qızlarını görmək üçün bildiriş vərəqəsini İbadulla kəndinin icra nümayəndəliyindən götürməli olduğunu, çünki qızı Şəxs qızlarını görmək üçün həmin bildiriş vərəqəsini götürməli olduğunu, onlar İbadulla kəndinin icra nümayəndəsinə zəng vurduqlarını, lakin telefonu açmadığını, onlar daha sonra oradan İbaduula kəndində yerləşən qızının əri Nizami Tağıyevanın evinə nəvələrini görmək üçün getdiklərini, onlar qızının əri Nizami Tağıyevanın evinin yanına çatdıqlarını və qızı avtomobildən düşüb qapını döydüyünü və çölə heç kim çıxmadığını, onlar orada təxmini yarım saat gözlədikdən sonra qızının qayınanası Zərərçəkmiş şəxs, onun bacısı Nailə Musayeva və qızının qızları Nur Tağıyeva və Fatimə Tağıyeva avtomobil ilə gəldiklərini, onlar avtomobildən düşən zaman nəvəsi Fatimə Tağıyevanın ayağının sarğılı olduğunu gördüklərini, buna görə də qızı Şəxs qızı Fatiməni o vəziyyətdə gördüyü və ona tərəf getdiyini, həmin vaxtı nəvəm Fatimə nənəsi Zərərçəkmiş şəxs qucağında olduğunu, qızı Şəxs qızı Fatiməni qucağına almaq istəyəndə Zərərçəkmiş şəxs buna imkan vermədiyini və aralarında biraz çəkişmə baş verdiyini və bu zaman Zərərçəkmiş şəxs qızını itələdiyini və nəvəsi Fatiməni evinə apardığını, daha sonra onlarla birlikdə gələn taksi şöferi Qurban adlı şəxs nəvəm Nur Tağıyevanı qucağına alıb Zərərçəkmiş şəxs evinə apardığını, onlar təxmini 15 dəqiqə gözlədiklərini və daha sonra oradan çıxıb öz evlərinə getdiklərini, daha sonra polis əməkdaşları onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 220 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət boynundsa sıyrıq, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin İbadulla PB-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 noyabr 2024-cü il tarixdə Şərur rayon İbadulla kəndində, Şərur rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, X7 23 noyabr 2024-cü il tarixdə Şərur rayon İbadulla kəndində Şərur rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də X7 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs qızına inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-355/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-355/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver