Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-358/2024 16.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1983-cü Şərur rayon, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon, Mahmudkənd kəndində yaşayan X3 (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə X3 əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X5 izahatında qonşulaqda yaşayan X2 ailəsi ilə mübahisəli olduğunu, buna səbəbin ikisinin də həyətindən keçən arx olduğunu, bu arxla bağlı aidiyyəti orqanlara müraciət olunsa da həllini tapmadığını, xx.xx.2024-cü il tarixdə təxminən 10 radələrində həyətdə tövlədə inəklərə baxdığını, bu zaman Şərur Rayon İcra Hakimiyyətinin işçisi Sahib müəllimin ona zəng edərək gəlib həyətlərinə baxacaqlarını dediyini, bir qədər sonra İcra hakimiyyəti işçiləri Sahib müəllim, Məhəmməd müəllim və icra nümayəndəsi Seymur müəllimin gəldiyini, həmin vaxt qardaşı Kamran Əliyevin də onun yanında olduğunu, dövlət məmurları arxa baxan zaman Xəyyamın arvadı Zərərçəkmiş şəxs oraya gəldiyini, ondan bir neçə sual soruşduqdan sonra Nahidənin ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, onun da Nahidəyə qarşılıq verdiyini, Nahidə ona tərəf gələrək onu vurmaq istədiyini, dövlət məmurlarının araya girərək mane olduqlarını, qardaşı Kamranın onun ağzını tutaraq onu danışmağa qoymadığını, sonra icra nümayəndəsinin zəng edərək polisləri çağırdığını, sonra polis əməkdaşlarının gəlib onları aralaşdırdıqlarını və onların da evlərinə getdiyini, daha sonra polis əməkdaşları onu izahat vermək üçün polis idarəsinə dəvət etdiklərini, mübahisə zamanı onu vurmadığını, sadəcə olaraq sinəsindən itələdiyini bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qonşusu X5 ilə həmişə həyətlərindən keçən arxın üstündə mübahisələri olduğunu, Pürhanə həmin arxın qarşısını kəsərək suyun onların həyətinə axmasına səbəb olduğunu, bununla bağlı aidiyyəti orqanlara şikayət etdiyini, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində kənd icra nümayəndəsi və adlarını bilmədiyi dövlət məmurlarının onların həyətinə gəldiyini, onun da arxı və həyəti göstərərək vəziyyəti onlara izah etdiyini, bu zaman Pürhanənin oraya gələrək onunla kobud danışmağa başladığıını, ondan tərbiyəli olmasını istədiyini, Pürhanə irəli gələrək onu vurmaq istəyəndə dövlət məmurlarının araya girərək mane olduqlarını, Pünhanənin qardaşı onun ağzından vuraraq geri itələdiyini, bundan sonra məmurları aparıb arxın yuxarı hissəsini göstərdiyini, Pürhanənin də ora gəldiyini, ona nə üçün arxın qabağına daş qoyduğunu soruşduğunu, Pürhanənin də ona nalayiq ifadələr işlətməyə başladığını, ona “bəsdir da nə qədər danışırsan?” dediyini, bu zaman Pürhanə onu sinəsindən vurduğunu, sonra qarın nahiyəsinə təpiklə vurmağa başladığını, dövlət məmurları araya girərək onu vurmasına mane olduqlarını, sonra icra nümayənəsinin zəng edərək polis əməkdaşlarını çağırdığını, ondan sonra da polis idarəsinə gələrək ərizə verdiyini bildirib, onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Mahmudkənd kəndində icra nümayəndəsi olaraq işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Şərur Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Sahib Qurbanov və Şərur Rayon Tikinti İdarəsinin müdiri Məmməd müəllimlə birlikdə kənd sakini Zərərçəkmiş şəxs şikayəti üzrə onun yaşadığı evə getdiklərini, onun şikayətinin evinin arxasında olan su arxı ilə bağlı olduğunu, suyun qarşısını Pürhanənin kəsdiyini, bu səbəbdən də suyun onların həyətinə dolduğunu bildirdiyini, arxa baxan zaman Pürhanəni də həmin yerə dəvət etdiklərini, Nahidənin dediklərini təkzib edərkən aralarında mübahisə yarandığını və bir-birlərinə nalayiq ifadələr işlətməyə başladıqlarını, bu səbəbdən də polis sahə rəisinə zəng edərək hadisənin böyüməsinin qarşısını almaq istədəyini, həmin vaxtı mübahisənin anidən qızışdığını və onlara tərəf baxan zaman onların tutaqlaşdıqlarını gördüyünü, ətrafdakılarının onları araladıqlarını, Pürhanənin Nahidəni vurduğunu tam olaraq görmədiyini, daha sonra da onların həmin yerdən ayrıldıqlarını bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 231 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət – döş qəfəsində və sol budunda qançırlar küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X3 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X1 peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 barəsində aşağı həddə inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-358/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-358/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver