Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-36/2021 16.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1962-ci Şərur rayonu, Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, müvəqqəti işsiz, 2-ci qrup əlilliyi olan, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 11.05.2021-ci il tarixdə saat 1930 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 11.05.2021-ci il tarixdə kəndin sahə müvəkkili Ülvi Adıyevin ona zəng vuraraq kənd mərkəzinə çağırdığını, onunla kənd mərkəzində görüşdüklərini, görüşmələrinin səbəbinin həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus pay torpağına ziyan vurduğu üçün həyat yoldaşının Zərərçəkmiş şəxsla bağlı Şərur rayon Polis şöbəsinə şifahi şikayət etməsi olduğunu, sahə müvəkkili ilə həmin sahəyə getdiklərini, orada Zərərçəkmiş şəxs ilə qarşılaşdıqlarını, sahə müvəkkilinin Zərərçəkmiş şəxs “nəyə görə Şəxs sahəsinə ziyan vurursan” dediyini, onun da cavabında “yaxşı edirəm ziyan vururam” dediyini, ona qarşı nalayiq ifadələr işlətdiyini, o da yaşlı və xəstə olduğu üçün hirslənib Zərərçəkmiş şəxs yaxasından tutaraq onu itələdiyini, daha sonra sahə müvəkkilinin onları aralaşdırdığını, həmin vaxt hirsli olduğunu, əsəbini cilovlaya bilmədiyini, əməlindən peşman olduğunu qeyd edərək məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, 11.05.2021-ci il tarixdə həyətdə su suvardığını, həmin vaxt oğlu Zərərçəkmiş şəxs evə zəng vuraraq Şəxs onu döydüyünü dediyini, həmin yerə gedən zaman yolda oğlu ilə qarşılaşdığını, oğlu ilə birlikdə evə getdiklərini, mal-qaranı tövləyə qatdıqdan sonra oğlu ilə birlikdə sahə müvəkkili Ülvi Əliyevin yanına getdiklərini, hadisəni ona danışdıqlarını, onun da hadisədən məlumatlı olduğunu və Şəxs barəsində müvafiq tədbir görüləcəyini bildirdiyini qeyd edərək, Şəxs bağışlamadığını, onun bu hərəkəti ucbatından oğlunun evdən qaçdığını, polis əməkdaşlarının onu taparaq evlərinə gətirərək ona təhvil verdiklərini, ona görə də Şəxs həbs olunaraq cəza çəkməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında Şərur RPŞ-nin İTB-nin polis sahə inspektoru vəzifəsində işlədiyini, 11 may 2021-ci il tarixdə Kosacan kəndində xidmət aparan zaman Şərur rayon Polis şöbəsinin növbətçisinin ona zəng edərək Kosacan kənd sakini Sura Tağıyeva tərəfindən şöbəyə şikayət daxil olduğunu bildirdiyini, daha sonra məsələni araşdırmaq üçün Sura Tağıyevanın həyat yoldaşı Şəxs zəng edərək onu kənd mərkəzinə dəvət etdiyini, onunla söhbət etdikdən sonra Zərərçəkmiş şəxs onun otlaq sahəsinə ziyan vurduğunun dediyini, birlikdə həmin sahəyə getdiklərini, Zərərçəkmiş şəxs da orada olduğunu, Turqaya Şəxs sahəsinə nə üçün ziyan vurduğunu soruşduğunu, o da cavabında həmin sahəyə ziyan vurmadığını bildirdiyini, daha sonra Zərərçəkmiş şəxsla Şəxs əlbəyaxa olduqlarını, İlqarın Turqayı vurduğunu, onları aralaşdırdığını bildirdi. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X2 tərəfindən 12 may 2021-ci il tarixdə Şərur rayon Kosacan kənd sakini Zərərçəkmiş şəxs Calal oğlunun bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 12 may 2021-ci il tarixli, 4/1271 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Calal oğlunun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sol gözünün alt nahiyyəsində qançır küt mexanizmindən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta və tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 16.05.2021-ci il tarixli, 010061 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Tağıyev X1 Turqay Calal oğlunu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş 23.04.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs atasıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən verilmiş 159208 saylı vəsiqəsinin surətindən görünür ki, Şəxs 19 dekabr 2012ci il tarixdən 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, zərərçəkmişin qanuni nümayəndəsinin və şahidin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 11 may 2020-ci il tarixdə saat 1930 radələrində Şərur rayon Kosacan kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs Calal oğlunu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir; 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar; 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır; 67-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını inzibati tənbeh tətbiq edərkən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası İXM-nın 33.1.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törədilməsini inzibati tənbeh tətbiq edərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-36/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-36/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver