Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-36/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Şərur rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, "xxxx" MMC-də dərzi işləyir, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda duran, Bakı şəhərində yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 012319 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 1 icra sənədi üzrə ümumilikdə 90 aylıq aliment borcunu, 1 icra sənədi üzrə 2169 manat pul tələbini və 1 icra sənədi üzrə 400 manat məbləğində inzibati cəriməni ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında onun barəsində başlanmış icra işlərindən xəbərdar olduğunu, özünün Bakı şəhərində yaşadığını, indiyə qədər işləmədiyini, maddi imkanının olmadığı üçün bu günədək hər üç icra sənədi üzrə ümumiyyətlə ödəniş etmədiyini, 3 ay əvvəl işləməyə başladığını, alimenti və digər borclarını da qısa müddətdə ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən protokol tərtib edən şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-383/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs hər növ qazancının üçdə bir hissəsinin 03 iyun 2015-ci il tarixdə hesablanaraq xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası X2 xeyrinə ödənilməsi və dövlət rüsumu olaraq 20 manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsinin, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-605/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən 2169 manat pulun alınaraq “Nikoyl” X5 ödənilməsinin müəyyən olunduğunu və MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs 400 manat məbləğində inzibati qaydada cərimə olunduğunu, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edildiyini, lakin həmin şəxsin aliment borcunu və digər borclarını ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədlərinin icrasından boyun qaçırıldığını, tələbkarların da hər gün zəng edərək borclarının ödənilməsini tələb etdiklərini, o da borcludan icra sənədlərnin icrasını tələb etməsinə baxmayaraq borclunun onun qanuni tələblərini yerinə yetirmədiyini, borclunun tapılması üçün axtarışı barədə qərar çıxarıldığı zaman heç yerdə işləmədiyini, iş yeri barədə məlumat əldə etdikdən sonra 2 aylıq aliment borcunun ödənildiyini, lakin digər borclarının və alimentin qalıq borcunun ödənilmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs izahatından və iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-383/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən icra vərəqəsinin surətindən görünür ki, Şəxs hər növ qazancının üçdə bir hissəsinin 03 iyun 2015-ci il tarixdə hesablanaraq xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası X2 xeyrinə ödənilməsi və dövlət rüsumu olaraq 20 manat pulun alınaraq dövlət büdcəsinə köçürülməsi, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-605/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Şəxs 2169 manat pulun alınaraq “Nikoyl” X5 ödənilməsi əmr edilmiş, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs 400 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli, 012319 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 1 icra sənədi üzrə ümumilikdə 90 aylıq aliment borcunu, 1 icra sənədi üzrə 2169 manat pul tələbini və 1 icra sənədi üzrə 400 manat məbləğində inzibati cəriməni ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına daşınar və ya daşınmaz əmlak yoxdur, pensiya, təqaüd almır, "xxxx" MMC-də dərzi işləyir və əmək haqqı 350 manat təşkil edir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X4 Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs borcunu tam ödəməyəcəyi təqdirdə onun barəsində inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair inzibati xəta protokol tərtib edilərək məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədlərindən məlumatlı olduğu halda aradan keçən uzun müddət ərzində icra sənədlərini icra etməməsi, icra şöbəsinə gəlməməsi, onun icra şöbəsinə yalnız axtarış qərarı əsasında polis əməkdaşları vasitəsi ilə gətirilməsini, öz bildirdiyinə görə bu günədək hər üç icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs "xxxx" MMC-də dərzi işləməsi və 350 manat əmək haqqı almasına baxmayaraq icra sənədlərinin onun əmək haqqına yönəldilərək icra olunmasına nail olmaq ağılabatan deyildir. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X13 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-36/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-36/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver