Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-360/2025 22.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X4, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs haqqında iş üzrə icraat aparılan şəxs: Müdafiəçi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Hüseynova Gülşən Məhərrəm qızının iştirakları ilə xx.xx.1997-ci ildə Şərur rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (himayəsində 2 azyaşlı övladı olan), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-17636/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Şərur Rayon Polis İdarəsinin inzibati binasında polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında xx.xx.2025-ci il tarixdə, təxminən saat 12 radələrində dostu Şahin Abdullayevlə birlikdə Şərur rayon Siyaqut kəndində yerləşən “Anadolu” restoranında olduğunu, restoranda olduqları vaxt orada dava düşdüyünü, bundan sonra özlərinin oradan uzaqlaşdıqlarını, restoranın həyətində onların maşının arxasında polis əməkdaşlarına məxsus post patrul maşının dayandığını, polislərdən avtomobili bir az qabağa çəkmələrini xahiş etdiklərini, polislərin maşınlarını geri çəkərək onlara yol verdiklərini, hətta onların maşının da ərazidən çıxarılmasına köməklik etdiklərini, bu zaman kiminsə polisi çağırdığını, bundan sonra polislərin onlara yaxınlaşaraq, polisi onların çağırıb-çağırmadıqlarını soruşduqlarını, onların da səsi onların etmədiyini söylədiklərini, bu zaman polislərdən birinin onlara “polisi çağıranın…” deyə söyüş söydüyünü, özünün də polis əməkdaşına “lap elə” deyə cavab verdiyini, bu hadisələr olan zaman dostu Şahinin hələ də restoranda olduğunu, onun polis əməkdaşları ilə olan söhbətinə şahidlik etmədiyini, bundan sonra polislərin onu maşına basmaq istədiklərini, onun da özünün maşına əyləşərək polis idarəsinə gəldiyini, polis idarəsində olarkən heç bir tabesizlik göstərmədiyini, polis idarəsində hər hansı bir səs-küy salmadığını, polislərin barəsində görəcəkləri tədbiri sakitcə gözlədiyini, bütün bu olanların polis idarəsində olan kameralara düşdüyünü, polis idarəsində olarkən dostu Şahinin onun arxasınca gəldiyini və polis əməkdaşlarınından onun hansı səbəbdən polisə gətirildiyini soruşduğunu, polis əməkdaşlarının ondan gözləməsini istədiklərini, bu zaman Şahinin də heç bir səs-küy salmadığını, sadəcə olaraq 2-3 dəfə “mən onun dostuyam məlumat almalıyam, ki valideynlərinə deyəm” dediyini, bu zaman polislərin ona “onda sən də gəl onunla burada gözlə” deyərək onları idarəniun zirzəmisinə endirdiklərini bildirərək, məhkəmədən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X2 şəxsin əməllərində heç bir inzibati xəta əməlinin tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsində olarkən “Anadolu” restoranında problem olduğu üçün oraya getdiklərini, araşdırma aparkən adı sonradan ona məlum olan Şəxs restoranın qarşısında onlarının işinə mane olduğunu, ondan oradan uzaqlaşmasını istədiklərini, onun da dostları ilə avtomobilə əyləşərək 10-15 metr aralandıqlarını, lakin sonradan maşını saxlayaraq təkrar oraya gələrək onların işinə mane olmağa başladıqlarını, ondan dəfələrlə ordan uzaqlaşmasını tələb etsələr də onlarının tələbinə tabe olmadığını, bu səbəbdən də onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, polis idarəsində Cəmşidin öz hərəkətlərinə davam etdiyini, Cəmşidlə “Anadolu” restoranında birlikdə olan X3 polis idarəsinə gələrək Cəmşidi görmək istədiyini dediyini, ona araşdırmanın davam etdiyini deyərək kənarda gözləməsini istədiklərini, lakin həmin şəxsin polisin tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdiyini, polis idarəsinə girməyə cəhd etdiyini, onlar polis əmakdaşları Şahin adlı şəxsə dəfələrlə uzaqlaşmasını tələb etsələr də onun öz hərəkətlərinə davm etdiyini, bu səbəbdən də dostu Cəmşidlə birlikdə saxladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin inzibati binasında xidmətdə olan zaman təxminən saat 00:10 radələrində əməliyyat qrupunun 102 çağrışından gəldiyini, içəri onlarla birlikdə 7 nəfərin daxil olduğunu, onlardan 1 nəfərinin qadın olduğunu, onları korlidora dəvət edərək adlarını qeyd etmək istədiyini, Cəmşid adlı şəxsin tabesizlik göstərərək, səs-küy saldığını, “mənim adımı kimsə yazamaz, məni kimsə aşağı endirəməz” dediyini, onu nə qədər tabe olmağa dəvət etsələr də onun tabesizlik göstərdiyini, daha sonra əməliyyatçı Toğrul Məmnmədovla mübahisə etməyə başladığınıə, əl-qol ataraq onu nalayiq sözlərlə təhqir etdiyini, daha sonra onu sakitləşdirmək üçün polis əməkdaşlarının onunla söhbətlər apardıqlarını, bu söhbətlərdən sonra Cəmşid adlı şəxsin sakitləşdiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 izahatında xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Siyaqut kəndində restoranda olduqlarını, orada mübahisə olan zaman onların yanında olmadığını, kiminlə mübahisə etdiyini görmədiyini, həmin vaxt içəridə olduğunu, eşiyə çıxan zaman Cəmşidin olmadığını, özləri ilə ayıq sürücü kimi apardıqları həmkəndliləri Alişanın Cəmşidi polislərin apardığını, Cəmşidin post patrul maşınına oturaraq polis idarəsinə getdiyini dediyini, onun sürdüyü maşınla polislərin arxasınca polis idarəsinə getdiklərini, orada Cəmşidlə bağlı məlumat almaq istədiyini, Cəmşidin orda polislərlə koridorda sakitcə durduğunu, Cəmşidin bir şey etdiyini görmədiyini, onun da heç bir qanun pozuntusuna yol vermədiyini, onsuz da həmin müddətdə kameraların çəkliş apardığını, ona məlumat verəcəklərini dediklərini, onun da getmək istəməyərək polis idarəsində səhərə qədər qaldığını, ona “keç Cəmşidin yanında otur” dediklərini, onun da Cəmşidlə aşağıda qaldığını bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X12 məhkəmədə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman “102” xidmətindən zəng gəldiyini, istintaq qrupunun Şərur rayonunun Siyaqut kəndinə yerləşən “Anadolu” restoranına getdiyini, Muğanlı kənd sakini Şəxs yanında olan həmkəndliləri ilə əməliyyat qrupunun işinə mane olduqları üçün Şərur Rayon Polis İdarəsinə gətirildiyini, idarənin inzibati binasında polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyini, buna görə də onun barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşı polis baş leytenantı Cavid Oruczadə tərəfindən idarə rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Kürkənd kənd sakini X7 DİN-in “102” xidmətinə zəng edərək Əsgər adlı şəxsin ona ***-***-**-** mobil nömrəsindən zəng edərək narahat etməsi barədə məlumat vermişdir. Aparılan araşdırma zamanı həmin şəxsin Şərur rayonunun Kürkənd kənd sakini 1997-ci il təvəllüdlü X9 olduğu aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Şərur Rayon Polis İdarəsinin inzibati binasında polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 2355-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 1840-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, polisin hər hansı ixtiyari bir tələbinə tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. İXM-nin 535.1-ci maddəsinin dispozitiv şərtlərində də göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün polisin tələbi ictimai qaydanın mühafizə vəzifələrinin icrasından irəli gəlməli və qanuni olmalıdır. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar göstərir ki, Şəxs davranışı bu əlamətlərin heç birini tam şəkildə ehtiva etmir. Belə ki, xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Siyaqut kəndində yerləşən “Anadolu” restoranının həyətində baş verən hadisə zamanı polis əməkdaşları tərəfindən Şəxs ünvanlanmış konkret və qanuni tələbin mövcudluğu iş materialları ilə təsdiq edilməmişdir. Polis əməkdaşlarının izahatlarında onun “işə mane olması”, “uzaqlaşmaması” və “təkrar qayıtması” kimi ümumi ifadələr yer alsa da, bu tələblərin hansı ictimai təhlükənin qarşısını almağa yönəldiyi və hansı hüquqi normaya əsaslandığı göstərilməmişdir. Məhkəmə müəyyən edir ki, Şəxs polis əməkdaşlarının müşayiəti ilə avtomobilə əyləşərək polis idarəsinə getmiş, inzibati qaydada tutulmaya müqavimət göstərməmiş, fiziki qarşıdurmaya yol verməmişdir. Bu hal onun polis əməkdaşlarının qanuni tələbinə açıq şəkildə tabe olmamasını istisna edir. Həmçinin məhkəmə sübutları işin faktiki halları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək qeyd edir ki, xx.xx.2025-ci il tarixdə baş verdiyi iddia olunan hadisələrlə bağlı polis əməkdaşlarının verdiyi izahatlar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və X1nun izahatları arasında mühüm ziddiyyətlər mövcuddur. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12:00 radələrində Şərur rayonunun Siyaqut kəndində yerləşən “Anadolu” restoranının həyətində polis əməkdaşları ilə qısa ünsiyyəti olmuş, bundan sonra o, polis avtomobilinə öz iradəsi ilə əyləşərək polis idarəsinə getmiş, idarədə olarkən heç bir səsküy salmamış, polis əməkdaşlarının konkret və qanuni hər hansı tələbinə qarşı çıxmamışdır. Onun bildirdiyinə görə, polis idarəsində verdiyi yeganə sual hansı əsasla ora gətirilməsi ilə bağlı olmuşdur. X1 isə məhkəmədə verdiyi izahatında təsdiq etmişdir ki, Cəmşid polis idarəsində koridorda sakit vəziyyətdə durmuş, hər hansı aqressiv davranış nümayiş etdirməmiş, polis əməkdaşlarına qarşı tabesizlik etməmişdir. Şahidin bildirdiyinə görə, o, polis idarəsində səhərə qədər qalmış və bu müddət ərzində Cəmşidin tərəfindən inzibati xəta təşkil edən hər hansı hərəkətin şahidi olmamışdır. Bununla müqayisədə, şahid qismində dindirilmiş polis əməkdaşı X8 izahatında bildirmişdir ki, Şəxs əvvəlcə “Anadolu” restoranının qarşısında onların işinə mane olmuş, oradan uzaqlaşması barədə tələblərə tabe olmamış, sonradan isə polis idarəsində də öz hərəkətlərinə davam etmişdir. Digər polis əməkdaşı X5 isə izahatında tabesizliyin əsasən polis idarəsinin dəhlizində baş verdiyini, Cəmşidin səs-küy saldığını və nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, polis əməkdaşlarının izahatlarında inzibati xətanın baş verdiyi yer (restoranın həyəti və ya polis idarəsinin dəhlizi), vaxt və əməl forması (işə mane olma, səs-küy salma, nalayiq ifadələr işlətmə) baxımından konkretlik və ardıcıllıq yoxdur. Bu ziddiyyətlər inzibati xətanın obyektiv tərəfinin dəqiq müəyyən edilməsinə imkan vermir. Eyni zamanda, işin faktiki hallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Şərur Rayon Polis İdarəsinin inzibati binasında videomüşahidə kameraları mövcuddur və polis əməkdaşlarının iddia etdikləri tabesizlik məhz həmin kameraların əhatə etdiyi dəhlizdə baş vermişdir. Buna baxmayaraq, xx.xx.2025-ci il tarixli hadisələrlə bağlı videoyazılar nə inzibati xəta haqqında protokola əlavə edilmiş, nə də məhkəməyə təqdim olunmuşdur. Məhkəmə diqqətə alır ki, polis əməkdaşları tərəfindən iddia edilən tabesizlik məhz idarə binasında baş vermişdirsə, bu halın obyektiv təsdiqi üçün ən mühüm sübut videoyazılar olmalı idi. Həmin sübutların təqdim edilməməsi və təqdim edilməməsinin səbəblərinin izah olunmaması iş üzrə sübutların natamam toplanmasına və hadisənin obyektiv mənzərəsinin müəyyən edilməməsinə səbəb olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs konkret olaraq hansı polis əməkdaşının, hansı qanuni tələbinə, hansı hərəkətlə tabe olmadığı göstərilməmiş, yalnız ümumi ifadələrlə “polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır” qeyd edilmişdir ki, bu da inzibati məsuliyyətin tətbiqi üçün tələb olunan hüquqi müəyyənlik prinsipinə cavab vermir. Məhkəmə hesab edir ki, şahid qismində dindirilmiş polis əməkdaşlarının izahatlarına Şəxs və X1nun izahatlarına nisbətən üstünlük verilməsi üçün işin faktiki hallarından irəli gələn obyektiv əsas mövcud deyildir. Çünki polis əməkdaşlarının izahatları bir-biri ilə ziddiyyət təşkil edir, digər sübutlarla (videoyazılarla) təsdiqlənmir, əvəzində Cəmşid və Şahinin izahatları hadisələrin gedişi, vaxtı və davranışın xarakteri baxımından bir-biri ilə uyğunluq təşkil edir. Bu səbəbdən də məhkəmə işin faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, istərsə də Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən nədə təqsirləndiyini bilmək tutulmuş, saxlanılmış şəxsin ən təbii hüququdur. Məhkəmə hesab edir ki, şəxsin nədə təqsirləndiyini bilməklə bağlı polis əməkdaşlarına ünvanlanan sualları onu İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsi ilə məsuliyyətə cəlb etmək üçün əsas ola bilməz. Məhkmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3(110)-360/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-360/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver