Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-362/2025 22.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin İTŞ-nin polis sahə rəisi, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Şərur rayon Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ali təhsilli, işsiz, Şərur rayon Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şərur RPİ-nin İTB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTŞ-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 22 dekabr 2025ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 23:00 radələrində Şərur şəhərində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTŞ-nin sahə rəisi X5 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs Şərur RPİ-nin inzibati binasında polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmadığını, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətdiyinə görə Şəxs barəsində 22 dekabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək xx.xx.2025-ci il tarixdə o, həmkəndliləri və başqaları ilə Anadolu restoranında olan zaman çöldə səs-küy eşitdiyini, həmin zaman içəridə olduqlarını, polis əməkdaşları tərəfindən Cəmşidin saxlanıldığını, özünün də yoldaşları ilə polis şöbəsinə gəldiyini, fikrinin yoldaşı Cəmşidin hansı səbəbə görə Polis İdarəsinə aparıldığını öyrənmək olduğunu, polis idarəsinə tək girdiyini, o an bir qrupun dalaşmağı üstündə polis əməkdaşlarının içəri girdiklərini, onu da onlardan biri sandıqlarını, axşam dəfələrlə Polis İdarəsinə həmkəndlisi Cəmşidə görə gəldiyini, polis əməkdaşlarının da onun orada qalmasını məsləhət gördüklərini, səhər Cəmşidin nə səbəbə gəldiyini öyrənəcəyini dediklərini və axşam saatlarından səhərədək Polis İdarəsində qaldığını, ora həmkəndlisi Cəmşidin niyə saxlanıldığı barədə məlumat almaq istədiyi üçün getdiyini, özünündə saxlanılan vəziyyətinə düşdüyünü, əməlindən peşman olduğunu bildirərək polis əməkdaşlarından üzr istədiyini qeyd edərək məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında xx.xx.2025-ci il tarixdə Şərur rayon Polis İdarəsində əməliyyat-istintaq qrupunun tərkibində olarkən Anadolu restoranında problem olduğu üçün həmin restorana getdiklərini, restoranda olan problemi araşdırarkən kimliyi sonra ona məlum olan Muğanlı kənd sakini-Məmmədov Cəmşidin içkili vəziyyətdə Anadolu restoranının qarşısında olarkən ondan işlərinə mane olmaması üçün ərazidən uzaqlaşmasını xahiş etdiyini, onun dostları ilə avtomobilə əyləşərək təxminən 10- 15 metr uzaqlaşdıqdan sonra, avtomobili saxlayaraq təkrar oların olduğu əraziyə qayıtdıqlarını, sonra Cəmşid adlı şəxsi polis əməkdaşlarının işinə mane olmaması üçün dəfələrlə edilən tələblərə məhəl qoymayaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq etdiyi hərəkətləri davam etdirdiyi üçün onu polis idarəsinə dəvət edərək gətirdiklərini, Cəmşid adlı şəxsin polis idarəsində hərəkətlərinə davam etdiyini, Cəmşidlə Anadolu restoranında birlikdə olan kimliyi sonradan ona məlum olan Şəxs isə polis idarəsinə gələrək Cəmşidi görmək istədiyini bildirdikdə ona araşdırmanın davam etdirildiyini bildirərək kənarda gözləməsini bildirdiklərini, lakin Şahin adlı şəxsin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasını və hərəkətlərini davam etdirərək polis idarəsinə daxil olmağa cəhd etdiyini, polis əməkdaşları ilə birlikdə Şahin adlı şəxsdən dəfələrlə uzaqlaşmasını tələb etsələr də onun buna məhəl qoymayaraq hərəkətlərinə davam etdiyini və polisə müqavimət göstərdiyi üçün dostu Cəmşid ilə birlikdə saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid X2 məhkəməyə şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: 19 dekabr 2025-ci il tarixli 1907 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. 19 dekabr 2025-ci il tarixli 1840 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokoldan aydın olur ki, Şəxs üzərindən heç nə aşkar edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin İİİ hissəsinə görə Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin qanunun 17-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda qeyd edilən sözügedən maddənin dispozisiyasından görsənir ki, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən polisin qanuni tələbinə tabe olmama həmin maddənin tərkibini yaradır. Hazırkı halda isə həmin maddənin tərkibinin yaranması halı iş materiallarına, şahid ifadələrinə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatına, toplanmış digər sübutlara əsasən istisna edilir. Beləki inzibati xəta tərkibinin yaranması üçün hüququn ümumi nəzəriyyəsinə əsasən dörd elementin olması vacib şərt hesab edilir. Obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət. Bu dörd element vahid tamın tərkib hissəsini təşkil etdiyindən biri digərindən ayrılıqda mövcud ola bilməz. İnzibati xətanın obyektiv cəhəti törədilən inzibati xətanın zahiri tərəfini və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri əsaslı və mötəbər sübutlarla sübuta yetirilmir İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən birbaşa qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin izahatından, şahid ifadələrindən görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur.Hazır kı əməldə qəsdən tabe olmamanın nədə ifadə olunması faktlarla sübuta yetirilə bilmir. Şəxs Polis idarəsinin növbətçi hissəsindən dostu Cəmşid adlı şəxşin saxlanma səbəbini və nə zaman azad olunacağını bir neçə dəfə soruşmuş və bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi bu hlda polisin qanununi tələbinin nədən ibarət olması və bu halda ictimai asayışın mühafizəsinə yönəlmiş qanuni tələbin nədən ibarət olması müəyyən edilmir. Polis haqqında qanunun 17-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Qanunun imperativ tələbinə əsasən məhkəmə bu nəticəyə gəlir ki qeyd edilən halda İXM-nin 535.1ci maddəsinin tərkibi Şəxs əməlində sübuta yetirilə bilmir. Eyni zamanda müvafiq kamera görüntüləri də məhkəməyə təqdim edilməmişdir. İnzibati xətalar məcəlləsinin 101.2-ci bəndinə əsasən protokol tərtib etmə qaydaları və protokolun ittiham edici sənəd olmaqla onu tərtib edənin inzibati xəta haqqında protokolda əks etdirilən pozuntunu sübuta yetirmək protokol tərtib edənin vəzifəsidir, yəni İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Məhkəmə təqsirliliyi sübut etmək yükünün məhkəmənin və ya barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşməsini xüsusi vurğulanmasını zəruri hesab edir. Eyni zamanda baş vermiş hadisə mötəbər sübutlarla əksini tapmır. Hazır kı əməldə qəsdən tabe olmama nədə ifadə olunması faktlarla sübuta yetirilə bilmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sözügedən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53,114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-362/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-362/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver