Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-363/2024 20.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Şərur rayonu, Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, Alov Servisdə işləyən, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda duran, hal-hazırda Babək rayon Şəkərəbad kəndində yaşayan Şəxs (FİN: 1XLJNXG) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, icra sənədi üzrə 2430 manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-662/2023saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Xanlıqlar kəndində yaşayan X1 ödənilməsinin müəyyən edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu barəsində axtarış qərarı çıxarıldığını, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borclu tələbkara borclu olduğu 2430 manat borcundan 800 manat ödədiyini, qalan borcunu 2025-ci ilin yanvar ayı ərzində tamamilə ödəyəcəyini bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə xəbərdar olduğunu, işləmədiyi üçün alimenti ödəyə bilmədiyini, hal-hazırda yeni işə başladığını, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 2430 manat aliment borcundan 800 manat ödədiyini, qalan borcunu da 2025ci ilin yanvar ayı ərzində tamamilə ödəyəcəyini, həbs olunarsa işdən azad olunacağını qeyd edərək, aliment borcunu ödəməsi üçün ona şərait yaradılmasını, cəzalandırılmamasını məhkəmədən xahiş etmnişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-662/2023saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Xanlıqlar kəndində yaşayan X1 ödənilməsinin müəyyən edildiyini qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, icra sənədi üzrə 2430 manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1991-cı il təvəllüdlü Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. - Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, pensiya və sosial ödəniş almır, lakin “Alov Servis”də mexanik işləyir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi, borcunu üzrsüz səbəbdən ödəməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-363/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-363/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver