Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-37/2020 17.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayonunun 16-cı Polis bölməsinin barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı protokoldan verdiyi şikayət ərizəsini baxılmağa hazırlanma ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinin təmin olunması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayonunun 16-cı Polis bölməsinin barəsində tərtib etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş ərizəyə və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, ərizənin baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətrlərinə aid olubolmamasını, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb- məlumatlandırılmamasını, iş üzrə vəsatətlər və etiraz etmənin olubolmamasını həll etməlidir. Belə ki, X3 hazırki ərizəsində inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət verərək inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, X3 ərizəsinə əlavə etdiyi MN ******* saylı inzibati xəta haqqında protokolun surətində həmin protokolun nə vaxt, kim tərəfindən, kimin barəsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini aydınlaşdırmaq mümkün olmamışdır. Belə olan halda da şikayətçinin qeyd etdiyi protokolun həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda həmin protokol əsasında çıxarılmış qərar da şikayət ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 barəsində tərtib edimiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması izah edilsin. Hakimi: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-37/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-37/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver