Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-37/2023 13.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1991-ci ildə Şərur rayonu Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə Şərur rayon Çomaxtur kənd sakini Şəxs Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X2 göndərilmiş, bu zaman onun narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq vermiş olduğu izahatında, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində qonşusu Elnur Bayramlı ilə küçədə görüşdüklərini, Elnurun hərəkətlərindən onun narkotik istifadə etməsini hiss etdiyini, ondan istifadə üçün narkotikinin olub-olmadığını soruşduğunu, Elnurun ona cavabında əgər pul olarsa təşkil etməyin mümkün olduğunu dediyini, sonra əvvəlcədən tanıdığı Oğlanqala kənd sakini Əyyub adlı şəxsin ona zəng vurduğunu, həmin şəxsin ona bir neçə gündür ki, Bakı şəhərindən gəldiyini və narkotik qəbul etmək istədiyini dediyini, onun isə cavabında onda narkotik olmadığını, həmkəndlisi Elnurda metamfetamin adlı narkotik maddənin olduğunu, qiymətinin 120 manat olduğunu, Əyyubun ona gücünün 50 manata çatdığını bildirdiyini, saat 20:00 radələrində Əyyubun onların küçəsinə gəldiyini, 50 manat pul verdiyini, özünün isə 70 manatı qoyaraq Elnura verdiyini, aldıqları metamfetamin adlı narkotik maddəni aralarında böldüklərini, öz payına düşən narkotik maddəni həyətlərində qəbul etdiyini, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Əyyubun yenidən zəng edərək ağrılarının başladığını, yenə narkotik maddə almaq istədiyini dediyini, onun Əyyuba maddənin qiymətinin 120 manat olduğunu xatırlatdığını, saat 18:00 radələrində Əyyubun yenə onların küçəsinə gəldiyini, 50 manat pul verdiyini, özünün isə yenə 70 manatı üzərinə qoyaraq Elnura verdiyini, aldıqları metamfetamin adlı narkotik maddəni aralarında böldüklərini, öz payına düşən narkotik maddəni həyətlərində qəbul etdiyini, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının onu küçələrində saxlayıb polis idarəsinə gətirdiklərini, müayinə olunması üçün onun Naxçıvan şəhərinə xəstəxanaya göndərdiklərini, müayinə zamanı narkotik tərkibli maddədən istifadə etməsinin aşkar olduğunu bildirdiyini, 3 il bundan əvvəl narkotik istifadə etdiyinə görə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 1 ay müddətində həbs olunduğunu, həbsdən çıxdıqdan sonra istifadə etmədiyini, sonra isə 10 gün bundan əvvəl istifadə etməyə başladığını, Elnurun narkotik vasitəsinin haradan əldə etdiyini bilmədiyini, onun başqa şəxslərə satması barədə məlumatının olmadığını, analiz zamanı aşkar olunan ikinci maddəni İğdırda olan zaman türk vətəndaşından alaraq istifadə etdiyini, tutduğu əməldən peşman olduğunu, anasının xəstə olduğunu, 2 azyaşlı uşağının olduğunu bildirərək onun barəsində həbslə bağlı olmayan tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili X6 vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Şərur Rayon Polis İdarəsində olarkən telefon vasitəsilə məlumata əsasən Şəxs Şərur rayon Çomaxtur kəndində yerləşən yaşadığı evin həyətində narkotik tərkibli maddə ola metamfetamin qəbul etdiyinin müəyyən edildiyini, həmin məlumata əsasən Şərur rayon Çomaxtur kəndinə getdiklərini, Şəxs üzərində şəxsi axtarış apardıqlarını, lakin şəxsin üzərindən heç bir əşya və ya predmet aşkar olunmadığını, Şəxs narkotik maddədən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə Y.Budaqov adına Naxçıvan MR X2 göndərildiyini, həmin şəxs narkotik istifadə etdiyinə görə qeydiyyatda olduğunu bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs üzərində axtarış aparılmış, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:25-də azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2023-cü il tarixli 164 saylı məktubuna əsasən, Əliyev X4 Muxtar Respublikası X3 sidik narko-test vasitəsiylə müayinə olunmuş və nəticədə MET (metamfetamin) və THC (tetrahidrokannbinoid) müsbət aşkar olunmuşdur. Abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 145 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-37/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-37/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver