Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-38/2020 25.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Şərur rayon Aralıq doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul, Şərur rayon Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Şərur şəhərində Yol Patrul xidməti əməkdaşlarının ona təhlükəsizlik kəmərindən istifadə etməsini bildirməsinə baxmayaraq, o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatinda göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:40 radələrində öz şəxsi avtomobilinə ehtiyyat hissələri almaq üçün getdiyini, işıqfordan keçən zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidmətinin əməkdaşlarının onu saxladığını və ondan təhlükəsizlik kəmərindən istifadə etməyini xahiş etdiklərini, həmin vaxt açıqlaya bilməyəcəyi səbəbə görə əsəbi olduğu üçün polis əməkdaşının qanuni tələbinə olmayaraq, təhlükəsilik kəmərindən istifadə etməyəcəyini açıq şəkildə bildirdiyini, həmin vaxt polis əməkdaşları ilə aralarında olan mübahisə artdığı üçün polis əməkdaşlarının onu polis şöbəsində dəvət etdiklərini və daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:40 radələrində X1 birlikdə Şərur şəhəri, Heydər Əliyev prospektində xidməti vəzifəsini yerinə yetirən zaman, Şərur rayon Aşağı Aralıq kənd sakini Şəxs “Vaz 21214” ** BB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ondan avtomobili saxlamağı tələb etdiyini, həmin şəxs avtomobili saxladıqdan sonra ona təhlükəsizlik kəmərindən istifadə etməsinin zəruri olduğunu, əks təqdirdə barəsində protokol tərtib olunacağını bildirdiyini, lakin həmin şəxsin onun qanuni tələbinə tabe olmayaraq, təhlükəsizlik kəmərindən istifadə etməyəcəyini, bu hərəkətinə görə onun barəsində protokol tərtib olunmasının mümkün olmayacağını, onun barəsində protokol tərtib etməyə ixtiyarının olmadığını bildirdiyini, daha sonra aralarında mübahisə yarandığını, onu Şərur rayon Polis Şöbəsinə dəvət etdiklərini və xx.xx.2020-ci il tarixdə həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd etdi. Məhkəmədə şahid qismində dindirilərkən X1 da, şahid X2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Şərur şəhərində Yol Patrul xidməti əməkdaşlarının ona təhlükəsizlik kəmərindən istifadə etməsini bildirməsinə baxmayaraq, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai asayişi pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2020-ci il tarixli 007833 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai asayişi pozmuş, buna görə də, onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-38/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-38/2020
25.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver