Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-38/2025 19.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1970-ci il tarixdə Şərur rayon, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon, Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və şahidin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs ifadəsində həmkəndlisi Fərman Abdullayevin ona olan 12200 manat borcunu qaytarması üçün onun qardaşı Zərərçəkmiş şəxs ilə öz qardaşı Çingiz Əliyev söhbət edərkən 3-5 gün ərzində pulu verəcəyini bildirdiyini, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Çomaxtur kəndində mərasim evində yasda olan zaman qardaşı Çingiz Əliyevin ona zəng edərək Nəriman adlı şəxsin dükanına çağırdığını, Zərərçəkmiş şəxs pul gətirdiyini dediyini, cavabında qardaşına 1-2 gün səbr etməyi, Fərman Abdullayevin özünün gələcəyini, pulu ondan tam götürəcəyini dediyini, qardaşının çağırdığı yerə getdiyini, orada Zərərçəkmiş şəxs ona pul dəstəsi uzatdığını, pulu sayıb 2700 manat olduğunu, pulun tam olmadığını, 6-7 min manat ödənilməli olduğunu bildirdiyini və pulu masanın üzərinə qoyduğunu, bu zaman aralarında mübahisə yarandığını, Cavidin boğaz nahiyəsindən tutub sıxaraq itələdiyini, qardaşının onları araladığını, Cavidin polisə zəng edib polisləri çağırdığını, əməlindən peşman olduğunu, həmin vaxt sahə müvəkkili ilə arasında olan mübahisəyə görə inzibati qaydada həbs olunduğunu, yeni həbsdən çıxdığını bildirib barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qardaşı X4 Səfərə 7000 manat borcu olduğunu, Fərman tır sürücüsü olduğundan 10 gün əvvəl Gürcüstan Respublikasına getdiyini, Fərmanın zəng edərək əkin suvarma sisteminin aparatını satıb Səfərə olan borcu ödəməyi tapşırdığını, suvarma aparatlarını 2700 manata satdığını, xx.xx.2025-ci il tarixdə Səfərin qardaşı Çingiz Əliyevə zəng edib Səfəri Çomaxtur kəndində yerləşən Nəriman adlı şəxsin dükanına çağırmağı bildirdiyini, Səfər gəldikdən sonra ona pulu verib qardaşının borcunun bir hissəsi olduğunu dediyini və saymağı bildirdiyini, Səfərin pulu saydıqdan sonra ona tərəf atdığını və hamısını verməyi bildirdiyini, cavabında ona imkanları olmadığını bildirdiyini, Səfərin ona “gərək ölüm ola?” sözlərini dediyini, ona nalayiq ifadələr işlətdiyini və boğazından tutub sifət nahiyəsinə yumruq zərbəsi vurduğunu, bu zaman Nəriman Abdullayevin əsəbləşib Səfərə dayanmağını bildirdiyini, bundan sonra Səfərin dayandığını, özünün kənara çəkilib polis əməkdaşlarına zəng etdiyini bildirib, Şəxs barəsində tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində və verilmiş suallara cavabında babası X2 kəndində mağazası olduğunu, özünün tələbə olduğunu, asudə vaxtlarında mağazada babasına kömək etdiyini, xx.xx.2025-ci il tarixdə mağazaya Zərərçəkmiş şəxs və Şəxs daxil olduğunu, pul borcu barədə öz aralarında söhbət etdiklərini, Zərərçəkmiş şəxs cibindən 2700 manat pul çıxarıb Şəxs verdiyini, qardaşının borcunun bir hissəsi olduğunu dediyini, lakin Şəxs pulu sayıb narazı halda borcun hamısını tələb etdiyini, nalayiq ifadələr işlətdiyini, əvvəl onun Cavidi söydüyünü, sonra isə Cavidin ona qarşılıq verib söydüyünü, onun əlləri ilə Cavidin boğaz nahiyəsindən tutub boğmaya başladığını, sonra onu itələyib dəzgahın üzərinə yıxdığını, bu zaman Şəxs arxadan tutub mağazadan bayıra çıxardığını, polis əməkdaşlarının gəlib onu apardığını bildirdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2025-ci il tarixli 53 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarət – boynunda sıyrıq küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir və xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi müəyyən edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 3(110)-20/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-38/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-38/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver