Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-39/2021 24.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1969-cu ildə Şərur rayonu Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, işsiz, Şərur rayonu, Çərçiboğan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-373/2020 saylı 28.07.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 6530 manat alınaraq X1 xeyrinə ödənilməsi göstərilməsinə baxmayaraq, Şəxs icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırmış, heç bir ödəniş etməmiş, edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər, şahid və özününü izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında borcunun Fizuliyə deyil Hikmət adlı şəxsə olduğunu, borc məbləğinin 5000 manat olduğunu, səhhətində problem olduğu üçün və pandemiya ilə əlaqədar münasib iş tapıb işləyə bilmədiyini, buna görə də borcundan 100 manat ödəyə bildiyini, borcunu hissə-hissə olaraq ayda 100-150 manat ödəməyə imkanının olduğunu, buna isə tələbkarın razı olmadığını, buna görə də izahatında göstərilənləri nəzərə alıb məhkəmədən onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən Şərur Rayon Məhkəməsnin İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, verilmiş sorğular əsasında borcunun yönəldilə biləcəyi əmlaklarının olmadığını, borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edildiyini, onunla telefonla əlaqə saxlanıldığı zaman borcunu mart ayından ödəyəcəyini bildirdiyini, lakin yayındığını, borclu qeydiyyatda olduğu yer üzrə yaşamadığından onun barəsində polisə axtarış verildiyini, axtarış nəticəsində şəxsin Bakı şəhərindən tutularaq Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyini, məhkəmə qərarının icrasından yayınmanın nəticələrinin ona izah olunduğunu, 21.05.2021-ci il tarixdə onun izahatının alıdığını, ona borcunu ödəməsi üçün bir neçə gün vaxt verildiyini, borclunun səhlənkarlığı nəticəsində haliyədə borclunun icra sənədi üzrə olan 6530 manat borcundan heç ödəniş etmədiyini, buna görə də onun barəsində inzibatı protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-373/2020 saylı 28.07.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclunun 6530 manat borcu vardır. İş materiallarında olan 02.09.2020-ci il tarixli icraata başlama haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, tələbin könüllü icra olunmayacağı təqdirdə tələbin məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan 03.12.2020-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclunun axtarışı elan edilmişdir. İş materiallarında olan 21.05.2020-ci il tarixli axtarışda olan borclu fiziki şəxsin və cavabdehin tutulması barədə protokoldan görünür ki, Şəxs yeri müəyyən edilib tutularaq 21.05.2021-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli 05/91 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə Şəxs izahatında göstərdiyi borcunun az olması və ya digər hallarla bağlı bildirdiklərini özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24.05.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-39/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-39/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver