Məhkəmə qərarları › İş №3(110)-39/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-39/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-39/2022 10.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şərur rayon Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsinin İbadulla Polis bölməsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis İdarəsinin İbadulla Polis bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 06.05.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Şərur rayon Vərməziyar kəndində tikilən məktəbin həyətindən tikinti materialları oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, 06.05.2022-ci il tarixdə saat təxminən 22:45 radələrində həmkəndlisi Abdullayev Ələkbərin onun mobil tetefonuna zəng edərək, “kənddə tikintisi gedən məktəbin həyətindən armatur, taxta, profil və sement götürək” dediyini, o da həmin yerə getməyə razılıq verdiyini, tikintisi gedən obyektin onların evinin qarşısında yerləşdiyini, həmin obyektin mühafizəçisinin orada olmadığına əmin olduqdan sonra armatur, profil və taxtalar olan hissəyə getdiklərini və Ələkbərlə birlikdə təxminən 20 kq armatur, təxmini 4 metrlik profil, 5/10-luq 14 metrlik taxta götürüb Ələkbərin yaşadığı həyətyanı sahəyə apardıqlarını, iki gün sonra kəndin polis sahə inspektorunun ona zəng edərək, onu polis bölməsinə dəvət etdiyini, oraya getdiyini, orada ona Şərur rayon Vərməziyar kəndində tikilən məktəbin həyətindən tikinti materialları oğulaması ilə əlaqədar ondan şübhələndiklərini dediyini, səmimi olaraq törətdiyiy əməli etiraf etdiyini, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Zərər çəkmiş şəxs Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli rayon İdarəsinin rəisi M.Hüseynov məhkəməyə zəng edərək, işlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bldirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirib inzibati xəta törətmiş şəxsin barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında 06.05.2022-ci il tarixdə 21:30 radələrində xidmətdə olduğu zaman məktəb tikintisinin mühafizəçisinin ona zəng edərək təmir gedən məktəbdən oğurluq olduğundan şübhələndiyini, onun da bu barədə komandirinə məlumat verdiyini, komandirin tapşırığı əsasında aparılan soraqlaşma zamanı X1 həyətində tikinti materialları olması barədə məlumat əldə etdiyini və dərhal sahə inspektoruna məruzə etdiyini və həmin şəxsi 09 may 2022-ci il tarixdə İbadulla polis bölməsinə dəvət etdiklərini, o səmimi olaraq Şəxs ilə birlikdə oğurluq etdiklərini bildirdiyini, daha sonra Şəxs da polis bölməsinə dəvət etiklərini, o da günahını etiraf etdiyini, həmin gün onların izahatlarının alındığını və barələrində inzibati xəta haqqında protokol edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X6 izahatında Vərməziyar kəndində aparılan məktəb tikintisində mühafizəçi işlədiyini, 06.05.2022-ci il tarixdə saat 21:20 radələrində mühafizəçilər üçün ayrılmış otaqda olduğunu, ərazini gəzmək üçün otaqdan çıxdığını, əraziyə baxarkən tikinti materiallarının götürüldüyündən şübhələndiyini, dərhal Vərməziyar kəndində xidmət aparan polis əməkdaşı X3 və müdriyyətə zəng vuraraq məlumat verdiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, həqiqətən də 06.05.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs Şərur rayon Vərməziyar kəndində tikilən məktəbin həyətindən tikinti materialları oğurlayaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli rayon İdarəsinə maddi ziyan vurmuş, bununla da onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan 09 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd 4 metrlik profil, 14 metr 5/10 taxta və 20 kq armatur tikinti materilları X1 həyətindən aşkar edilərək götürülmüş və Şərur Rayon Polis İdarəsinin saxlanc ambarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 0095 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 1530-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 09 may 2022-ci il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 1 ədəd “Redmi Note 8” markalı telefon götürülmüşdür. İş materiallarına əlavə olunmuş 10.05.2022-ci il tarixli Şərur Rayon Vergilər İdarəsinin aktından görünür ki, 1 ədəd 4 metrlik profil, 14 metr 5/10 taxta və 20 kq armatur armatur tikinti materillarının hazırda ümumi dəyəri 90 manatdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İPB-nin polis sahə inspektoru, X9 tərəfindən tərtib edilmiş 10.05.2022-ci il tarixli, 007987 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.05.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Şərur rayon Vərməziyar kəndində tikilən məktəbin həyətindən tikinti materialları oğurlayaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli rayon İdarəsinə maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanasının 10.05.2022-ci il tarixli tibbi arayışından görünür ki, X2 praktiki sağlamdır. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanı bir qrup şəxs tərəfindən törədilməsini inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübutların taleyinə Şərur Rayon Məhkəməsinin 3(110)-38/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə aydınlıq gətirildiyindən məhkəmə hazırki qərarda maddi sübutlarla bağlı hissəyə münasibət bildirmir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 09 may 2022-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 may 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar