Məhkəmə qərarları › İş №3(110)-39/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-39/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-39/2025 19.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Viləddin oğlunun iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1981-ci ildə Şərur rayon, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, qəssab fəaliyyəti ilə məşğul olan, Şərur rayon, Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Viləddin oğluna fiziki güc tətbiq etməklə onu döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 18 fevral 2025-ci il tarixdə kənd mərkəzində olarkən qəssablıq fəaliyyəti ilə məşğul olduğundan kəsilmiş quzunun dərisini soyarkən həmkəndlisi Zərərçəkmiş şəxs onun quzu dərisi təmizlədiyi yerdə yanına gəldiyini və ətrafdakı həmkəndlilərlə birlikdə oturub birdən-birə onunla söhbət etməyə başladığını, söhbət zamanı ona daha bir neçə gün öncə narkotest vasitəsilə müayinə olunmaq üçün polis idarəsinə gətirilməyindən danışdığını, "görürsən biz polis idarəsində adamın səsini başına atdırarıq" sözlərini dediyini, onun da polis idarəsinə dəvət olunduğunu, yoxlanıldığını, çıxıb gəldiyini, polis idarəsində olan zaman heç kim ona güldən ağır söz demədiyini bildirdiyini, sən nəyin söhbətini edirsən deyəndə ona və onun ailəsinə qarşı nalayiq ifadələr işlətməyə başladığını, o da həmin vaxtı nalayiq ifadələrə görə əsəbləşib onun sifət nahiyyəsinə sillə ilə vurduğunu, daha sonra yaxasından tutduğundan Elməddinin də onun yaxasından tutduğunu, ətrafda həmkəndliləri mübahisənin böyüdüyünü görüb onları birbirlərindən kənarlaşdırdıqlarını və Elməddinin onların yanından getdiyini, daha sonra polis əməkdaşları izahatının alınması üçün onu polis idarəsində dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə gedərək orada izahat verdiyini, sonradan Elməddinlə barışdıqlarını bildirərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Viləddin oğlu izahatında Şərur rayon Polis idarəsində polis nədəri işlədiyini, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:25 radələrində xidmətdə kənar vaxtı kənd mərkəzindən keçdiyini, həmin zaman orada Cavanşirin qoyun kəsdiyini, onun başına adamlar yığışdığını, onun da həmin adamların yanına yaxınlaşaraq salam verdiyini, Şəxs ona “sənin salamın lazım deyil” dediyini, onun da orda olan hər kəsə salam verdiyini dediyini, Cavanşirin ona elə onu axtardığını və ona sözü oduğunu bildirdiyini, bu zaman bir neçə gün öncə polis idarəsində olan zaman onun mobil telefonunu niyə əlindən aldığını soruşduğunu, bu zaman ona bunun idarə daxili qaydalar olduğunu və idarəyə gələn hər bir şəxsin mobil telefonu növbətçi hissəyə təhvil verdiyini, çıxanda isə təhvil qaytarıldığını dediyini, bu zaman ona “şöbədə elə ... oğul yoxdu məndən telefon ala” ifadələr işlətməyə başladığını, onun haqqında polis idarəsində yaxşı sözlər danışılmadığını bildirdiyini, onun da Cavanşirə onu deyən kimdisə onun haqqında ağır söz işlətdiyini, lakin Cavanşirə qarşı hər hansı təhqiramiz ifadə işlətmədiyini, Cavanşirin bu zaman onun üzərinə əlindəki bıçaqla gələrək onu hədələdiyini və sifət nahiyyəsində yumuruqla vurduğunu, həmin vaxt yıxıldığını, Cavanşirin sonra onun yaxasından yapışdığından, bir neçə saniyə yerdə qaldıqdan sonra orada olan adamlarının onları aralaşdırdıqlarını, bu səbəbdən də Şərur Rayon Polis İdarəsinə gələrək izahat verdiyini, sifətində xəsarət olmadığından, həmçinin Cavanşirin öz hərəkətlərini etiraf etdiyi üçün ekspertizadan keçirilmədiyini, Cavanşiri bağışlamadığını, çünki ətrafda insanların onları gördüyünü, kənd içində ona bu cür hörmətsizliyi həzm edə bilmədiyini bildirib etdiyi əməlin cəzasını çəkməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, aliment borcunun miqdarını və həmçinin işin bütün digər hallarını məcmu halında nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X1 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar