Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-392/2025 15.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Sədrlik edən: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş orqanın ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə səlahiyyətli nümayəndələri: Dövlət Nəzarəti Xidmətinin 14 saylı X9nin baş məsləhətçimüfəttişi X1, ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9nin rəis müavini X10 iştirakları “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4n daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9nin xx.xx.2025-ci il tarixli məktubu ilə “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 18 dekabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 18 dekabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 17 dekabr 2025-ci il tarixdə “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şərur rayon Qarxun kəndində qum-çınqıl karxanasında içməli, məişət, texniki və tullantı suları təyinatsız axıdılmışdır. Faktla bağlı 18 dekabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9nin baş məsləhətçi-müfəttişi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs-“APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmiş və işə baxılmasının təxirə salınmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9nin rəis müavini X14 verdiyi izahatında və ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, onlar “obyekt” anlayışı altında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxsləri deyil, su təsərrüfatı obyektlərini və çayların mühafizə zonalarını nəzərdə tuturlar. Onlar hər hansı sahibkarın və ya MMC-nin ərazisinə baxış keçirməmiş, yalnız çay ərazilərində monitorinq aparmışlar. Sözügedən MMC Arpa çayının mühafizə zonasında yerləşir. Müəssisədən çirkab suların çaya axıdıldığını gözlə görmək mümkündür. Axıdılan suların çirkli, yağlı və lilli olduğu vizual olaraq müəyyən edilmişdir. Hadisə ilə bağlı inzibati araşdırma hadisə yerində aparılmış, faktlar yerindəcə qeydə alınmış və müvafiq akt tərtib edilmişdir. Sahibkar izahat almaq üçün idarəyə dəvət edilsələr də, onlar çağırışa gəlməmişlər. Ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil. Belə hallarda çirkab suların birbaşa çaya axıdılması qadağandır, əvvəlcə çökdürücü və təmizləmə qurğularından keçirilməlidir. Lakin müəssisədə çökdürücü qurğunun olmadığı, texnikanın fəaliyyəti nəticəsində yaranan yağlı suların birbaşa çaya axıdıldığı müəyyən edilmişdir. Müəssisənin ərazisində su tutarlarının olub-olmaması yoxlanılmamışdır. Xidmət sahibkarlıq subyektlərini deyil, çayın mühafizə olunan ərazilərini yoxlayır. Bu səbəbdən də yoxlama aparmaq üçün əlavə qeydiyyata və ya sahibkar ərazisinə daxil olmağa ehtiyac yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9nin baş məsləhətçi-müfəttişi X7 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu izahat verərək, X10 izahatında göstərilənləri təsdiq etmiş, əlavə olaraq xx.xx.2025-ci il tarixdə monitorinq keçirilən zaman “APF X6” MMC-in həyətinə baxış keçirilən zaman müəssisə tərəfindən çirkab sularının birbaşa kanala axıdılması müşahidə olunduğunu, çirkab sularının təmizləyici quruğu vasitəsilə təmizləndikdən sonra axıdılmalı olduğunu, buna görə də inzibati protokol tərtib etdiklərini, 17.11.205-ci il taixdə hadisənin baş verdiyini, həmçinin bununla bağlı akt tərtib etdiklərini, inzibati araşdırma apardıqları üçün protokolun xx.xx.2025-ci il tarixdə tərtib olunduğunu, özlərinin sözügedən obyektə sadəcə olaraq uzaqdan baxış həyata keçirdiklərini, müəssisənin içərisinə daxil olmadıqlarını, onların bu hərəkətlərinin sahibkarlıq obyektində aparılan nəzarət tədbirləri kimi qiymətləndirilməməli olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sənəd və sübutları da müəyyən faktları təsdiq edən mötəbər sübutlar kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 18 dekabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 17 dekabr 2025-ci il tarixdə “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şərur rayon Qarxun kəndində qum-çınqıl karxanasında içməli, məişət, texniki və tullantı suları təyinatsız axıdılmışdır. Nəticədə “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin protokolda qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüquqi Şəxsin nümayəndəsi araşdırmaya dəvət olunmağına baxmayaraq gəlmədi və izahat verməkdən imtina etdi. Həmçinin protokolun 2-ci səhifəsində qeyd olunan məlumatlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüquqi Şəxsin nümayəndəsinin qismində X8 adlı şəxsin adı protokola qeyd olunsa da, həmin şəxs protokolu imza etməmiş, protokolda şəxsə hüquq və vəzifələrinin izahı edilməsi barədə qeyd olsa da, həmin bənd, o cümlədən bu barədə ayrıca tərtib edilmiş 18 dekabr 2025-ci il tarixli protolda da həmin şəxs tərəfindən imzalanmamışdır. X12 nümayəndəsinə təqdim edilməmiş, nümayəndənin protokolu imza etməkdən imtina etməsinə dair protokolda hər hansı bir qeydiyyat aparılmamışdır. 17 noyabr 2025-ci il tarixli, 002834 nömrəli aktdan görsənir ki, aparılmış nəzarət tədbirləri çərçivəsində Şərur rayonun Qarxun kəndində 39033`06N 45001`40” E kordinatda yerləşən “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qum-çınqıl karxanasında qum-çınqıl məmulatları istehsal olunan zaman yaranmış texniki tullantı sularının təmizlənmədən “Arpaçay” çayına axıdılması və həmin karxananın yeməkxanasında formalaşan məişət tullantı sularının Çərçiboğan, Qarxun, Aralıq, Dərvişlər və Çəmənli kəndlərinin əkin sahələrini su ilə təmin edən su kanalına axıdılması aşkar olunmuşdur. Müvafiq foto şəkillər və videomateriallar akta əlavə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 17 noyabr 2025-ci il tarixli qərardaddan görünür ki, yuxarıda qeyd olunan faktla bağlı “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində bölmə rəisi Səttar Nəsirov tərəfindən inzibati araşdırma başlanılmışdır. 17 noyabr 2025-ci il tarixli və 18 dekabr 2025-ci il tarixli aktlardan, o cümlədən 25 noyabr 2025-ci il tarixli və 10 dekabr 2025-ci il tarixli məktublardan görünür ki, faktla balı ADSEA yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X4 aparılan inzibati araşdırmada iştirak etmək üçün “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məlumat verilsə də, o araşdırmada heç bir üzürlü səsbəb göstərmədən iştirak etməmişdir. Həmçinin bu barədə “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublar da ünvanlanmışdır. Qeyd etmək zəruridir ki, “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin inzibati araşdırmada iştirak etməsi ilə bağlı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli dəvət (məlumat) məktubları iş materiallarına əlavə edilsə də, həmin məktubların Hüquqi Şəxsə təqdim edilməsini təsdiq edən heç bir rəsmi poçt qəbzi iş materiallarına əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs-“APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəfadar Kərimov tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2026-cı il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9 tərəfindən barələrində tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt və protokolda göstərilən iddialar heç bir obyektiv sübutla təsdiq edilməmişdir. Akt və protokol tərtib edilərkən iddia edilən çirkab suların tərkibinin müəyyən edilməsi məqsədi ilə heç bir labarotoriya analizi aparılmamış, suların kimyəvi, fiziki və ekoloji göstəricilərini əks etdirən rəsmi laborator nəticələr təqdim edilməmişdir. Həmçinin həmin etiraz ərizəsində qeyd olunmuşdur ki, -“APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətində həyata keçirilən fəaliyyət çərçivəsində yalnız qum və çınqılın mexaniki üsulla təmizlənməsi prosesi aparılır. Bu zaman heç bir kimyəvi maddə, reaktiv və ya ətraf mühit üçün təhlükə yarada biləcək vasitələrdən istifadə edilmir. Təmizləmə prosesi tamamilə fiziki xarakter daşıyır və suyun tərkibinə hər hansı kimyəvi təsir göstərmir. Bu hal isə ekoloji təhlükəlilik meyarlarına uyğun olaraq çirklənmə hesab edilə bilməz. Bundan əlavə həmin etiraz ərizəsində qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı MMC-nin nümayəndəsindən heç bir izahat alınmamış, mövqeyinin bildirilməsi üçün real imkan yaradılmamış, təqdim edilə biləcək sübutlar və açıqlamamlar dinlənilməmişdir. Nümayəndə hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən əməli inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından araşdıraraq müəyyən edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar onların əldə edilməsi qaydası, yaranma mənbəyi və obyektivliyi baxımından inzibati məsuliyyət üçün tələb olunan sübutetmə standartına cavab vermir və həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcuddur. Bununla yanaşı, iş üzrə toplanmış sübutların mövcud məcmusu əlavə sübutların toplanmasının zəruriliyini istisna edir və iş üzrə mövcud materiallar əsasında yekun hüquqi qiymət verilməsinə imkan yaradır. Məhkəmə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv əlamətlərinin mövcudluğu ehtimal edilsə də, hüquqi şəxsin həmin xətanı törətməkdə təqsirliliyi qanunla müəyyən edilmiş qaydada və mötəbər sübutlarla sübuta yetirilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə əlaqədar başlanmışdır. İnzibati məsuliyyət üçün əsas kimi göstərilən faktlar Azərbaycan Dövlət Su X2 Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X9 tərəfindən aparılmış monitorinq və baxış tədbirləri nəticəsində aşkar edilmişdir. Məhkəmə baxışı iclasında protokolu tərtib etmiş orqanın nümayəndələri həyata keçirdikləri baxış tədbirlərinin sahibkarlıq sahəsində aparılan yoxlama xarakteri daşımadığını və müəssisənin ərazisinə daxil olunmadığını bildirsələr də, məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində aparılmış monitorinq və baxış tədbirləri faktiki olaraq sahibkarlıq fəaliyyəti sahəsində yoxlama xarakteri daşıyır. Belə ki, həmin tədbirlərin nəticəsi olaraq hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutan ittihamedici akt – inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, bu isə hüquqi şəxs üçün iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi ehtimalını yaratmışdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, aparılmış monitorinq və baxış tədbirləri mahiyyət etibarilə hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı vəziyyətinin qiymətləndirilməsinə, hüquq pozuntusunun müəyyən edilməsinə və məsuliyyət tədbirinin tətbiqinə yönəlmiş olduğundan, həmin tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlama anlayışı çərçivəsində qiymətləndirilməlidir. Həmçinin məhkəmə belə hesab edir ki, sözügedən monitorinq və baxış tədbirləri sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların aparılmasını tənzimləyən qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin maddənin məzmunundan göründüyü kimi sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün monitorinq, baxış, müşahidə və nəzarət tədbirləri yoxlama hesab edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda həmin Qanunun 14.1-ci maddəsinə görə yoxlamalar yalnız planlı və ya plandankənar qaydada aparıla bilər. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə) təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 20.1-ci maddəsinin tələbinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qeyd etmək lazımdır ki, iş materiallarında qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” xx.xx.2015ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılır; 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində yoxlamalar dayandırılmasına baxmayaraq, həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulan istisna hallar üzrə yoxlamalara yol verilsə də, iş üzrə aparılmış monitorinq və baxış tədbirləri bu istisnalara aid edilməmişdir. Eyni zamanda məhkəmə inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı yol verilmiş prosessual pozuntuları da müəyyən etmişdir. 1.İnzibati icraat yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş əsaslar və qaydalarla aparılmalı olduğu halda, iş üzrə inzibati tədbirlər qanunvericiliyin tələblərinə tam əməl edilmədən həyata keçirilmiş, inzibati xəta haqqında işin başlanması və aparılması üçün qanuni əsaslar lazımi qaydada formalaşdırılmamışdır (İXM maddə 3, 6.1, 6.2),
2. Barəsində inzibati icraat aparılan şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada və mötəbər sübutlarla sübuta yetirilmədiyi halda, məsuliyyət məsələsi qaldırılmışdır. Eyni zamanda, təqsirliliklə bağlı yaranmış şübhələr şəxsin xeyrinə şərh edilməmişdir ki, bu da təqsirsizlik prezumpsiyasının kobud pozuntusudur (İXM maddə 4, 8.1, 8.2, 8.3),
3. İnzibati xəta hüquqazidd və təqsirli əməl hesab edildiyi halda, iş materiallarında nə qəsdin, nə də ehtiyatsızlığın mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmiş, inzibati xəta tərkibinin subyektiv əlamətləri araşdırılmamışdır (İXM maddə 12.1, 13, 14),
4. Barəsində inzibati icraat aparılan şəxsə izahat vermək, sübut təqdim etmək, vəsatət qaldırmaq, iş materialları ilə tanış olmaq hüquqları real və effektiv şəkildə təmin edilməmişdir. Xüsusilə inzibati xəta haqqında protokolun təqdim edilməsi və hüquqların izah edilməsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir (İXM 57, 57-1, 61, 64),
5. 102-ci maddəyə əsasən, inzibati araşdırma yalnız müəyyən hallarda aparılmalıdır. Konkret olaraq, inzibati araşdırma inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertiza və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda həyata keçirilməlidir. Lakin iş materiallarından və təqdim edilmiş qərardan görünür ki qərarda inzibati araşdırmanın aparılmasının zəruriliyi əsaslandırılmayıb, keçən müddət ərzində inzibati araşdırmanın aparılması üçün heç bir əlavə prosessual hərəkət həyata keçirilməyib, ekspertiza və ya digər tədbirlər görülməyib. Həmçinin aparıldığı bildirilən inzibati araşdırma İXM-nin tələblərinə uyğun olaraq inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılmamışdır. Beləliklə, inzibati araşdırma qanunvericilikdə nəzərdə tutulduğu hallarda aparılmayıb, nəticədə icraatın obyektivliyi və qanuniliyinə ciddi xələl gəlib (İXM 102). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan pozuntularla yanaşı, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Hüquqi Şəxsə istinad edilən fakt üzrə onun əməllərində təqsirləndirildiyi maddənin dispozitiv əlamətlərinin olub-olmamsı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən pozuntuların mövcudluğunu təsdiq edən hər hansı laborator araşdırma, texniki ölçmə və ya digər obyektiv sübut məhkəməyə təqdim edilməmişdir. Sadəcə olaraq yoxlayıcıların müşahidələrinə istinad edilməklə müəssisədə “çökdürmə və ya təmizləyici qurğunun quraşdırılmaması” qeyd edilmiş, bu faktın mövcudluğu, o cümlədən bu barədə tələbin obyektiv zəruriliyi və pozuntunun ətraf mühitə faktiki təsiri sübuta yetirilməmişdir. Təbii ki, məhkəmədə sual doğurmuşdur ki, əgər protokol tərtib etmiş orqanın nümayəndələri müəssisənin ərazisinə daxil olmayıblarsa, hansı əsasla orada çökdürmə və ya təmizləyici qurğunun quraşdırılmamasına və yeməkxanadan çıxan tullantı suların çaya axıdılmasına istinad edirlər? Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, “APF X6” Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması istisna edilməsə də, onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
“APF X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev