Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-394/2025 19.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X10 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X5 Xidmətinin 14 saylı X4 nümayəndəsi – X2 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Şərur rayon Yuxarı Aralıq kəndində doğulmuş, ailəli, fərdi əməklə məşğul olan, Şərur rayon Aralıq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə ADSEA yanında Suların İstifadəsinə və X5 Xidmətinin 14 saylı X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cü maddələrini rəhbər tutaraq məhkəmə MÜƏYYƏNETDİ: ADSEA yanında Suların İstifadəsinə və X5 Xidmətinin 14 saylı X4 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şərur rayon Yuxarı Aralıq kəndində xx.xx.2025-ci il tarixdə Şəxs məxsus kafedə məişət, tullantı sularının “Aşağı Aralıq” arxına təyinatsız axıdılması fotoşəkillərlə və digər materiallarla təsdiq olunur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, protokol tərtib olunduqdan 3 gün ərzində aradan qaldırdığını, əlilliyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və əməlini etiraf etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X5 Xidmətinin 14 saylı X4 baş məsləhətçisi-müfəttişi X6 verdiyi izahatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törədərək Şərur rayon Yuxarı Aralıq kəndində 12.dekabr 2025-ci il tarixdə Şəxs məxsus kafedə məişət, tullantı sularının “Aşağı Aralıq” arxına təyinatsız axıdılmasını və bu halın fotoşəkillərlə və digər materiallarla təsdiq olunduğunu, Su məcəlləsinin tələblərinin pozulduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, aktdan görsənir ki, aparılmış nəzarət tədbirləri çərçivəsində Şərur rayon Yuxarı Aralıq kəndində Şəxs məxsus kafedə məişət, tullantı sularının “Aşağı Aralıq” arxına təyinatsız axıdılması aşkar olunmuşdur. Müvafiq foto şəkillər akta əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli digər aktdan görsənir ki, Şəxs inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün Regional Bölməyə dəvət edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Şərur rayon Yuxarı Aralıq kəndində Ağayev özünə məxsus kafedə məişət, tullantı sularının “Aşağı Aralıq” arxına təyinatsız axıtmış və müvafiq tələbləri pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta hadisəsi törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-394/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-394/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver