Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-4/2024 08.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqənda protokol tərtib edilmişdir ona görə ki, o, 03 dekabr 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, 03 dekabr 2023-cü il tarixində saat 17:00 radələrində əmisi oğlu, həmçinin də həmkəndlisi olan Zərərçəkmiş şəxs oğlu Habil Nağıyevə uzun müddət əvvəl açar verdiyini bildirdiyini və həmin açarı geri istədiyini, oğlu Habil Nağıyevin isə onun 01 ədəd açarını verdiyini, bu zaman Zərərçəkmiş şəxs oğluna onun onlarda daha çox açarı olduğunu bildirdiyini, bu zaman Habilin əlavə açarlar da götürərək Vilayətə verdiyini, bundan sonra Vilayətin ona tərəf gəldiyini, ona tərəf gələrkən yerdən bir ədəd daş götürdüyünü, Vilayət onun yanına çatanda onun sol üz nahiyəsindən yumruqla vurduğunu, onun da cavab olaraq əlindəki daş ilə onun baş nahiyəsindən vurduğunu, bundan sonra onların arasındakı mübahisənin gəlini Fatma Nağıyeva, həyat yoldaşı Urux Nağıyeva və Habil Nağıyev tərəfindən sonlandırıldığını, əməlindən peşman olduğunu qeyd edərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, 03 dekabr 2023-cü il tarixində onun yaşadığı evin həyətyanı sahəsində işləyən zaman əmisi oğlu Şəxs oğlu Habil Nağıyevə onun ona verdiyi açarları verməsini dediyini, Habilin açarı gətirdiyini, lakin ona 01 ədəd açar gətirdiyini, onda əlavə açarları olduğunu dediyini, lakin Habilin ona onda əlavə açarları olmadığını dediyini, bu zaman onunla aralarında mübahisə olduğunu, mübahisə edən zaman Sucayətin yerdən daş götürərək onun baş və burun nahiyəsindən vurduğunu, Şərur rayon Polis İdarəsinə gedərək ondan şikayət etdiyini, onu ekspertizaya göndərdiklərini, orada da Sücayətin həqiqətəndə onu döyməsi öz təsdiqini tapdığını, Sucayətlə barışmayacağını, onun cəzalanmasını məhkəmədən xahiş etmişğdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, 03 dekabr 2023-cü il tarixində onun yaşadığı evin həyətyanı sahəsində işləyən zaman həyat yoldaşı Vilayət ilə onun əmisi oğlu Sucayət arasında mübahisə olduğunu gördüyünü, onun dərhal onların yanına getdiyini, onların yanına çatan zaman Sucayətin əlindəki daş ilə Vilayətin baş və burun nahiyəsindən vurduğunu gördüyünü, bundan sonra Sucayət, oğlu, həyat yoldaşı və gəlininin onların yanından getdiklərini, onun isə Vilayətin yarasından axan qanı təmizlədiyini, sonra yaşadıqları evə getdiklərini, sonra Vilayətin Şərur rayon Polis İdarəsinə gedərək Sucaətdən şikayət etdiyini, Vilayəti ekspertizaya göndərdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, 03 dekabr 2023-cü il tarixində həyat yoldaşı Şəxs əmisi oğlu Zərərçəkmiş şəxs ondan açarını istədiyini, oğlu Habil Nağıyevin onun açarını aparıb veridyini, sonra Zərərçəkmiş şəxs ona əlavə açarlar verdiyini bildirdiyini və həmin açarları tələb etdiyini, bundan sonra onunla həyat yoldaşı Şəxs arasında mübahisə olduğunu, Zərərçəkmiş şəxs əlindəki ağac parçası ilə həyat yoldaşı Şəxs tərəf yeridiyini, onun gəlini Fatma Nağıyeva ilə onları aralaşdırmaq üçün onların arasına keçdiklərini və onları aralaşdırdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında Şərur rayon Çərçiboğan kəndində yaşadığını, 03 dekabr 2023-cü il tarixində qayınatası Sucayətin əmisi oğlu Vilayət adlı şəxsin onlardan açarını istədiyini, bundan sonra aralarında mübahisə olduğunu, Vilayətin əlində ağac parçası ilə qayınatası Sucayətə tərəf gələrək onun həmin ağacla vurduğunu, qayınatasıda özünü müdafiə etmək məqsədilə yumruqla Vilayəti vurduğunu, onların aralaşdırmaq üçün onların arasına keçdiyini, bu zaman qayınanasınında ora gəldiyini, qayınanası ilə birlikdə onları aralaşdırdıqlarını bildirmişdir. İş materialında olan: - xx.xx.2023-cü il tarixli, 1714 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı, sağ gözündə qansızma, burnunda sıyrıq küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlığına görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsi polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 017812 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 3 dekabr 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmişin və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 3 dekabr 2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən inzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxsin altmış beş yaşdan yuxarı olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-4/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-4/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver