Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-40/2020 10.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx xxxxxx 1981-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:21 radələrində idarə etdiyi, VOLKSWAGEN TOUAREG minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət edən zaman yol hərəkəti haqqında qanunun tələblərini pozduğu üçün həmin tarixdə barəsində EQ 13220646 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 10 (on) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. Şəxs barəsində tərtib edilmiş EQ 13220646 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla icra etməli olduğu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə, DİN Baş Dövlət X1 əməkdaşı tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə inzibati materialı araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin əməkdaşı tərəfindən tərib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* №li protokoldan məlum olur ki, Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 10 (on) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs həmin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan qərarı icra etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta törətmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ********* №li mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən EQ ******* №li protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPİ-nin xəzinə hesabına 10 (on) manat cərimə və 6 (altı) manat dəbbə pulu olmaqla, ümumilikdə 16 (on altı) manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529.3-cü maddəsinin Qeydinə əsasən, Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 145.1.4-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, inzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş 16 manat (10 manat cərimə və 6 manat hesablanmış faiz) məbləğində cərimə borcunun tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən edilmiş cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-40/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-40/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver