Məhkəmə qərarları › İş №3(110)-40/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-40/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-40/2021 04.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Təqdimat verən Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 12.01.1980-ci ildə Şərur rayon Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Siyaqut kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 04 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə təqdimat verərək, borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-287/2016 saylı 20.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 20.06.2016-cı il tarixdən başlayaraq 12 iyul 2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsinin qət edildiyini, Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/19 saylı 19 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X4 və Şəxs müştərək qaydada 2620 (iki min altı yüz iyirimi) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddiaçı X6 xeyrinə ödənilməsi, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdehlər X4 və Şəxs tutularaq dövlət nəfinə tutulmasının qət edildiyini, borclunun qeyd edilən icra vərəqələri üzrə tələbdən halhazıradək qərəzli şəkildə yayındığını, Şəxs bu günə qədər 7420 (yeddi min dörd yüz iyirmi) manat borcunun yarandığını, eyni zamanda borcluya icra sənədləri üzrə tələbi yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə tərəfindən edilmiş xəbərdarlığın heç bir nəticə vermədiyini, buna görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd edilən icra vərəqələri üzrə borcunun çox hissəsini ödədiyini, maddi vəziyyəti ağır olduğundan alimenti ödəyə bilmədiyini, heç bir yerdə işləmədiyini, aliment borcunu işləyərək ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. İş materialında olan inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 04.06.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə təqdimat verilmişdir. Məhkəmə şahid qismində dindirilən Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/19 saylı 19 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X4 və Şəxs müştərək qaydada 2620 (iki min altı yüz iyirimi) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun iddiaçı X6 xeyrinə ödənilməsi, eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdehlər X4 və Şəxs tutularaq dövlət nəfinə tutulması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-287/2016 saylı 20.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 20.06.2016-cı il tarixdən başlayaraq 12 iyul 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs izahatından və iş materiallarından müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədləri üzrə borcun ödənişini qərəzli şəkildə həyata keçirməyərək, icra vərəqələrinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Şəxs müvafiq icra vərəqələrinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar