Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-40/2025 19.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X19, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 iştirakı ilə, xx.xx.1968-ci ildə Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şərur rayonu, Oğlanqala kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X29 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 nömrəli uşaq tələbi barədə icra sənədinin icrasına maneçilik törətmişdir. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin rəisi X29 izahatında Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(108)-73/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı X9 cavabdehlər Şəxs və X3 qarşı "uşaq tələbi" barədə iddiası təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehlər Şəxs və X1 alınaraq ataları-iddiaçı X9 himayəsinə verilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnaməsinin icrasını təmin etmək üçün qətnamənin icra qaydası və müddəti xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X6 6 (altı) ay müddətində hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək uşaqların ana tərəfindən qohumluq münasibəti olan şəxslərin iştirakı olmadan, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müəyyən etdiyi yerlərdə, ataları X14 ilə görüşmələri təşkil olunması və bu müddətdən sonra məhkəmənin qətnaməsinin icrası təmin edilməsi qət edildiyini, icra sənədinin icrasını təmin etmək məqsədilə borclulara bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, bir neçə dəfə Şərur rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasında və Şərur rayon məhkəməsinin inzibati binasında görüş təşkil olunduğunu, uşaqların atalarını görmək istəmədiklərini, ona qarşı aqresiv davrandıqlarını, hətta böyük uşağın atasının üzərinə hücum çəkdiyini, onu görmək istəmədiyini bildirdiyini, uşaqları ataları ilə görüşdürməyə çalışdıqları üçün onlara qarşı da irad bildirdiklərini, atalarını görmək istəmədiklərini, onları ataları ilə görüşdürməmələrini bildirdiklərini, tələbkar isə israrla uşaqları ilə görüş tələb etdiyi üçün xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görüş təşkil olunduğunu, Şəxs və X5 istər yazılı qaydada (rəsmi) istərsədə mobil telefon vasitəsi ilə göstərilən tarix və saatda təyin olunan yerə gəlmələrini bildirmələrinə baxmayaraq, uşaqları gətirməkdən imtina etdiklərini, həmçinin göstərilən vaxtda Oğlanqala kənd İƏD üzrə nümayəndəliyindədə onlarla yenidən əlaqə saxlamalarına baxmayaraq uşaqlar gəlmək istəmədikləri üçün uşaqları gətirməyəcəklərini bildirdiklərini, yenidən xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Şərur rayon Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görüş təşkil olunduğunu, Şəxs və X2 uşaqları gətirməkdən imtina etdiklərini, səbəbini soruşduqda uşaqların ataları ilə görüşmək istəmədiklərini, onları zorla gətirə bilmədiklərini bildirdiklərini, uşaqlarla da söhbət aparılan zaman da onlar ataları ilə görüşmək istəmədiklərini bildirdiklərini bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədinin icrasında boyun qaçırmadığını, nəvələrinin ataları X14 ilə görüşmək istəmədiklərini, uşaqları zorla görüşdürə bilməyəcəyini, uşaqların atalarını görən zaman ona qarşı aqresiv davrandıqlarını, bir neçə dəfə görüş təşkil olunsa da, uşaqların görüşmək istəmədikləri üçün onları apara bilmədiyini, uşaqların ataları ilə görüşmələrini məcbur edə bilmədiyini qeyd edərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X14 izahatında 2 ildən artıdıqdır ki, övladları ilə ünsiyyətdə ola bilmədiyini, məhkəmənin qətnaməsi ilə uşaqlarla görüş-ünsiyyət qaydasının müəyyən olunmasına baxmayaraq, hər dəfə görüş təşkil olunanda Şəxs və onun arvadının uşaqları ilə görüşməsinə maneə yaratdığını, onu təhqir etdiklərini, Oğlanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görüş təşkil olunan zaman uşaqları gətirmədiklərini, uşaqları ona qarşı nifrət hissi ilə böyütdüklərini qeyd edərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: - Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(108)-73/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı X9 cavabdehlər Şəxs və X3 qarşı "uşaq tələbi" barədə iddiası təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehlər Şəxs və X1 alınaraq ataları-iddiaçı X9 himayəsinə verilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnaməsinin icrasını təmin etmək üçün qətnamənin icra qaydası və müddəti aşağıdakı kimi müəyyən edilsin: xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X6 6 (altı) ay müddətində hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək uşaqların ana tərəfindən qohumluq münasibəti olan şəxslərin iştirakı olmadan, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müəyyən etdiyi yerlərdə, ataları X14 ilə görüşmələri təşkil olunması və bu müddətdən sonra məhkəmənin qətnaməsinin icrası təmin edilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Naxçıvan MR Ali Məhkəməsinin 22(108)-73/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; -xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ali Məhkəməsi tərəfindən verilmiş 2(108)-73/2024 nömrəli il tarixli icra sənədinin icrası ilə əlaqədar X9 uşaqları ilə görüş hüququnun təmin olunması üçün icra sənədində göstərilən borclular 13 avqust 2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinin inzibati binasına çağırılmışdır. İcra sənədinin icrası zamanı icra sənədi ilə heç bir əlaqəsi olmayan Şərur rayon Oğlanqala kənd sakini X4 Rayon İcra və Probasiya şöbəsinin rəisi X29 ilə mənə məxsus otaqda oturduğumuz zaman otağa daxil olaraq icra sənədi üzrə tələbkar X9 ünvanına nalayiq ifadələr işlədərək uşaqla görüşün mümkün olmayacağını bildirdi. Uşaqların ən balacası olan xx.xx.2018-ci il təvəllüdlü X6 atası ilə görüşməyinə manneçilik törədərək otaqdan çıxararaq apardı. Digər uşaqlarla xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X13 mənə məxsus otaqda şöbənin rəisi X19 iştirakı ilə ataları X14 ilə ünsiyyətdə olub və otağı tərk etdiyi zaman X17, atası Şəxs və X5 tələbkarın ünvanına söyüşlər söyərək tələbkar X9 üzərinə hücum edərək onu döymək istəyirdilər. Bu zaman icra şöbəsinin rəisi X29 və digər əməkdaşlar araya girərək onları sakinləşdirməyə çalışdılar və bunlar buna məhəl qoymayaraq tələbkarın üstünə hücum edərək tələbkar və icra şöbəsinin əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməkdə davam etdilər. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehlər Şəxs və X1 alınaraq ataları-iddiaçı X9 himayəsinə verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnaməsinin icrasını təmin etmək üçün qətnamənin icra qaydası və müddəti aşağıdakı kimi müəyyən edilsin: xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-ci il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X6 6 (altı) ay müddətində hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək uşaqların ana tərəfindən qohumluq münasibəti olan şəxslərin iştirakı olmadan, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müəyyən etdiyi yerlərdə, ataları X14 ilə görüşmələri təşkil olunsun və bu müddətdən sonra məhkəmənin qətnaməsinin icrası təmin edilsin. Qətnamə "22" iyul 2024-cü ildə qanuni qüvvəyə xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehler X7 və X1 alınaraq ataları-iddiaçı X9 himayəsinə verilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnaməsinin icrasını təmin etmək üçün qətnamənin icra qaydası və müddəti aşağıdakı kimi müəyyən edilsin:xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X6 6 (altı) ay müddətində hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək uşaqların ana tərəfindən qohumluq münasibəti olan şəxslərin iştirakı olinadan, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müəyyən etdiyi yerlərdə, ataları X14 ilə görüşmələri təşkil olunsun və bu müddətdən sonra məhkəmənin qətnaməsinin icrası tərnin edilməsi icra sənədində göstərilib. İcra sənədi xx.xx.2024-cü ildə Naxçıvan MR ƏN Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin "İcra haqqında" Azərbaycan Respublikas. Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən tərnin edilməmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barənizdə məcburi icra tədbirləri tətbiq olunacaqdır. Sizdən tələb olunur ki, xx.xx.2024-cü il tarixində şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə, Şərur Rayon Oğlanqala kənd İƏDÜN-nə gəlib icra sənədi üzrə tələbi təmin edəsiniz. Əks halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barənizdə inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq uşaqla ünsiyyət hüququnun təmin olunması üçün xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Şərur rayon Oğlanqala kənd İƏD üzrə nümayəndəliyində olduq. Cavabdehlər Şəxs və X5 istər yazılı qaydada (rəsmi) istərsədə mobil telefon vasitəsi ilə yuxarıda göstərilən tarix və saatda təyin olunan yerə gəlməsini bildirməyimizə baxmayaraq, uşaqları gətirməkdən imtina edərək icra sənədinin icrasına maneçilik törətmişdirlər. Həmçinin göstərilən vaxtda Oğlanqala kənd İƏD üzrə nümayəndəlikdə onlarla yenidən əlaqə saxlamağımıza baxmayaraq uşaqları gətirməyəcəklərini bildirdilər. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X11 cavabdehlər Şəxs və X1 alınaraq ataları-iddiaçı X9 himayəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmənin qətnaməsinin icrasını təmin etmək üçün qətnamənin icra qaydası və müddəti aşağıdakı kimi müəyyən edilməlidir. xx.xx.2012-ci il təvəllüdlü X16, xx.xx.2013cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X6 6 (altı) ay müddətində hər həftənin şənbə günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək uşaqların ana tərəfindən qohumluq münasibəti olan şəxslərin iştirakı olmadan, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müəyyən etdiyi yerlərdə, ataları X14 ilə görüşmələri təşkil olunmalı və bu müddətdən sonra məhkəmənin qətnaməsinin icrası təmin edilməlidir. İcra sənədi xx.xx.2024-cü ildə Naxçıvan MR ƏN Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən təmin edilməmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barənizdə məcburi icra tədbirləri tətbiq olunacaqdır. Sizdən tələb olunur ki, xx.xx.2024-cü il tarixində şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə, Şərur Rayon Oğlanqala kənd İƏ DÜ N-nə gəlib icra sənədi üzrə tələbi təmin edəsiniz. Əks halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barənizdə inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacaqdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq uşaqla ünsiyyət hüququnun təmin olunması üçün xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Şərur rayon Oğlanqala kənd İƏD üzrə nümayəndəliyində olduq. Cavabdehlər Şəxs və X5 istər yazılı qaydada (rəsmi) istərsədə mobil telefon vasitəsi ilə yuxarıda göstərilən tarix və saatda təyin olunan yerə gəlməsini bildirməyimizə baxmayaraq, uşaqları gətirməkdən imtina edib, icra sənədinin icrasına maneçilik törətmişdirlər. Həmçinin göstərilən vaxtda Oğlanqala kənd İƏD üzrə nümayəndəlikdə onlarla yenidən əlaqə saxlamağımıza baxmayaraq uşaqları gətirməyəcəklərini bildirdilər. - xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şərur rayon Oğlanqala kəndində yaşayan olan Şəxs və X5 məcburi qaydada Naxçıvan MR Şərur Rayon İcra və Probasiya şöbəsinə gətirilsin. - Şərur Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 8(110)-54/2024 saylı qərardadına əsasən Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1970-ci il tarixində Şərur rayon Dizə kəndində doğulmuş və Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan borclu X5 və xx.xx.1968-ci il tarixində Şərur rayon Oğlanqala kəndində doğulmuş və Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan borclu Şəxs məcburi qaydada Şərur rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-73/2024 nömrəli uşaq tələbi barədə icra sənədinin icrasına maneçilik törətmişdir. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu X8 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-40/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-40/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver