Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-41/2020 11.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, Şərur rayon Su Təsərrüfat idarəsində işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Şərur rayon MSTİ-nin inzibati binasında Zərərçəkmiş şəxs yumruq atmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxsla telefon danışığı zamanı mübahisə etdiklərini, buna görə də, xx xxxxxx 2020-ci il tarixdə təxminən səhər saat 09:00 radələrində Şərur rayon Su Təsərrüfat idarəsinə getdiyini, orada sahə rəisi Zərərçəkmiş şəxsla birlikdə idarənin müdiri Vaqif Həsənovun qəbuluna getdiklərini, müdirin yanında olan zaman zərərçəkmişlə aralarında yenə mübahisə yarandığını, Əmirin ayağa qalxaraq onun üzərinə gedərək əl qaldırdığını, bu zaman yumruqla Zərərçəkmiş şəxs üzündən yumruqla vurduğunu, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, xx xxxxxx 2020-ci il tarixdə işlədiyi Şərur rayon MSTİ-nə getdiyini, idarə rəhbərlərinə Şəxs iş yerini tərk etdiyi üçün onu idarə dəvət etdiyini, Musa gəldikdən sonra birlikdə idarə müdirinin qəbuluna getdiklərini, otaqda olan zaman aralarında mübahisə olduğunu və Musanın ayağa qalxaraq ona hücum etdiyini, idarəinin baş mühəndisi Fazil Əliyev və nəzarətçi İbrahim Məmmədovun onu tutub yerində oturtduqlarını, Musanın yenidən ayağa qalxaraq, onun gözünə yumruqla vuraraq xəsarət yetirdiyini, xəsarət aldığı üçün xəstəxanaya getməli olduğunu qeyd edərək, Musanın törətdiyi əməlindən səmimi peşman olduğunu, hal–hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Şərur rayon MSTİ-nin rəisi işlədiyini, Şərur rayon Kosacan kənd sakini Zərərçəkmiş şəxs həmin idarədə sahə rəisi, Şərur rayon Dərəkənd sakini Şəxs isə sol sahil kanalı üzrə nəzarətçi vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 09:00 radələrində adları çəkilən şəxsləri aralarında baş vermiş mübahisəyə aydınlıq gətirmək məqsədilə digər işçilərlə birlikdə otağına dəvət etdiyini, söhbət zamanı zamanı Şəxs ayağa qalxaraq Zərərçəkmiş şəxs yumruqla vurduğunu, bu zaman məsul şəxs kimi hadisəyə müdaxilə edib hər ikisini sakitləşdirdiyini və bu barədə akt tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X7 da, şahid X3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007834 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs yumruqla vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Kosacan kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 55 nömrəli ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ gözün ağlı qişasında qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə, müayinə gününə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020ci il tarixdə saat 09:30 radələrində Şərur rayon MSTİ-nin inzibati binasında fiziki güc tətbiq edərək onu döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Lakin məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-41/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-41/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver