Məhkəmə qərarları › İş №3(110)-41/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-41/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-41/2021 17.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1975-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 4 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmayan, Şərur rayon Çərçiboğan kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 16.06.2021-ci il tarixdə saat 22:30 radələrində Şərur Rayon Polis Şöbəsində sərxoş vəziyyətdə səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozaraq xırda-xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə X3 əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X5 izahatında və verilmiş suallara cavabında 16 iyun 2021-ci il tarixdə öz evində yeyib-içdiyini, həmkəndlisi Əzizov Nəsimi ilə telefonda mübahisə etdiklərini, mübahisə etməklərinin səbəbi Elmar adlı həmkəndlisinin ona məxsus telefonla Nəsimiyə zəng vurub nalayiq ifadələr işlətdiyini, Nəsiminin ona Polis Şöbəsinə gedib şikayət edəcəyini bildirdiyini, onun da Polis Şöbəsinə getdiyini, həmin vaxtı Polis Şöbəsinin inzibati binasında aralarında mübahisə yarandığını, bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, sərxoş olduğundan hərəkətlərinə davam etdiyini, hazırda tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X6 izahatında 16.06.2021-ci il tarixdə saat 22:30 radələrində Şərur rayon Polis Şöbəsində xitmətdə olduğunu, həmin vaxt X9 Şöbəsinə gələrək X2 şikayətçi olduğunu bildirdiyini, bu zaman Abbasov Qombayın da oraya gəldiyini, hər ikisinin də sərxoş vəziyyətdə olduqlarını, bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, səs-küy salaraq ictimai qaydanı pozduqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Rüstəm Vaqif oğlu ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 16.06.2021-ci il tarixli 0298 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X5 16.06.2021-ci il tarix saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 16.06.2021-ci il tarixli alkoqolun qəbulu faktı və sərxoşluq halını təyin edən tibbi müyainə protokolundan görünür ki, X5 ağır dərəcədə sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 17.06.2021-ci il tarixli tibbi arayışdan görünür ki, X5 praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X3 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. X3 əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin səmimi peşmançılığını isə yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməli, həbsetmənin əvvəli şəxsin tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 16.06.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar