Məhkəmə qərarları › İş №3(110)-42/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-42/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-42/2020 14.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 oğlunun katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şərur rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Naxçıvan şəhəri, Xətai küçəsi, 27/23 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati protokola baxaraq müəyyən etdim: Şəxs barəsində Şərur rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2020-ci il tarixdə tanımadığı İran vətəndaşından 0.072 qram metamfetamin adlı psixatrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə iştirak edən inzibati xəta törətmiş Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında, xx.xx.2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Şərur şəhərinə getmək üçün Naxçıvan şəhər Əliabad qəsəbəsinin önündən keçən zaman avtomobil yolunun kənarında avtomobil gözləmək üçün dayandığını, bu zaman ağ rəngli yük avtomobilinin onun yanında dayandığını, o həmin avtomobilə yaxınlaşan zaman sürücünün ona “keç içəri” sözlərini dediyini, onun danışığından İranlı olduğunu başa düşdüyünü, yolda söhbət etməyə başladıqlarını, sürücüyə əvvəllər həbsdə olduğunu dediyini, uzun müddətdir narkotik qəbul etdiyini söylədiyini zaman sürücünün ona “məndə yaxşı şey var verərəm istifadə edərsən” dediyini, o da buna etiraz etmədiyini, hətta sürücüyə versən pis olmaz dediyini, sonra həmin sürücünün avtomobildən asılmış kostyumun cibindən ağ rəngli kağıza bükülmüş bir büküm çıxarıb ona verdiyini, vbüküm əynində olan cins şalvarın sol yan cibinə qoyduğunu, Şərur rayon Mahmudkəndinə çatan zaman həmin yük maşınından düşdüyünü, sonra Şərur şəhərinə getdiyini, bazarda gəzən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq polis şöbəsinə dəvət etdiklərini, həmin şəxslərlə birlikdə polis şöbəsinə getdiyini, orada hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən İran vətəndaşından aldığı bükümün aşkar edilərək götürüldüyünü və protokola əlavə olunduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X4 vermiş olduğu izahatında, 2001-ci ildən Naxçıvan Muxtar Respublikası DİO-da xidmət etdiyini, 2019-cu ildən bəri Şərur rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər sakini Şəxs narkotik vasitələrin qanunsuz saxlaması barədə məlumat əldə oldunduğundan həmin məlumat əsasında Şəxs Şərur şəhərində yerləşn bazarın önündə onlar tərəfindən saxlanıldığını, sonra həmin şəxsin üzərində şəxsi axtarış aparılması məqsədilə Şərur rayon Polis Şöbəsinə dəvət etdiklərini, Şərur rayon Polis Şöbəsinin inzibati binasında iki nəfər hal şahidinin iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış nəticəsində onun əynində olan şalvarın sol yan cibində ağ rəngli kağızdan ibarət bir büküm aşkar edilərək götürüldüyünü, həmin büküm onlar tərəfindən açılarkən içərisində ağ rəngli toz şəkilli narkotik maddəyə oxşar vaistə müşahidə edildiyini, həmin bükümün müvafiq qaydada ağ rəngli zərfin içərisinə qablaşdırıldığını, həmin zərfin üzərinin iştirakçılar tərəfindən imzalanaraq tərtib edilmiş protokola əlavə edildiyini, protokolun ucadan oxunduğunu, iştirakçılar tərəfindən hər hansı bir irad və təklif olmadığını, protokolun düzgünlüyünün imzalarla təsdiq edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X5 vermiş olduğu izahatında, xx.xx.2020-ci il tarixində saat 15:00 radələrində dostu X3 ilə Şərur bazarında yerləşən yeməkxanada dönər yeyən zaman polis əməkdaşlarının onlara yaxınlaşaraq onları hal şahidi kimi iştirak etmələrini xahiş etdiklərini, X3 ilə onun razı olduqlarını bildirdiklərini, polislərlə birlikdə Şərur Rayon Polis Şöbəsinə gəldiklərini, onlara hüquq və vəzifələri izah edildikdən sonra adını sonradan bildikləri Şəxs onlara təqdim olunduğunu, həmin şəxsin üzərinə şəxsi axtarış aparıldığını, Şəxs üzərindən bir ədəd ağ rəngli bükülünün aşkar edilərək götürüldüyünü, həmin bükülünün içində ağ rəngli, toz halda olan maddə götürüldüyünü, həmin maddənin tərəzidə çəkildiyini və ağ rəngli zərfə qoyularaq möhürləndiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X3 da, şahid X2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs üzərindən şəxsi axtarışı nəticəsində sol yan cibindın ağ kağızdan ibarət bir büküm aşkar edilmiş, həmin büküm hal şahidlərinin iştirakçılığı ilə açılarkən içərisində ağ rəngli toz şəkilli narkotik vasitəyə oxşar maddə müşahidə edilmiş, həmin bükümün fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Sonra həmin ağ rəngli kağızdan ibarət olan büküm müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 128/20 nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.072 qram olan ağ rəngli və toz şəkilli hissəciklərdən ibarət olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamindir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 128/20 nömrəli məktubundan görünür ki, maddi sübutun qalıqları “Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə X1 Obyekti №3” möhürü ilə möhürlənmiş və qablaşdırılmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağına təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş hal şahidlərinin ifadələri, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nın 32-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalı və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 16:25-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh növü tətbiq edərkən belə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsinin sanksiyası həddində inzibati qaydada həbs edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. İnzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.072 (sıfır tam mində yetmiş iki) qram olan narkotik vasitə - metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar