Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-42/2021 17.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1980-cı Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, işsiz, əvvəllər məhkum olunmayan, Şərur rayon Çərçiboğan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 16.06.2021-ci il tarixdə saat 22:00 radələrində Şərur Rayon Polis Şöbəsində sərxoş vəziyyətdə səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozaraq xırda-xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında göstərilən saatda Şərur şəhərində yerləşən Elvin restoranında pivə içdiyi zaman X3 ona zəng edərək nalayiq ifadələr işlətdiyini, saat 21:50 radələrində Şərur Rayon Polis Şöbəsinə gəldiyini, orada Qombayı görən zaman qıcıqlandığını, ucadan səs-küy salaraq ictimai qaydanı pozduğunu, hazırda Qombaydan şikayətçi olmadığını və tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında 16.06.2021-ci il tarixdə saat 22:30 radələrində Şərur rayon Polis Şöbəsində xitmətdə olduğunu, həmin vaxt Şəxs Polis Şöbəsinə gələrək X2 şikayətçi olduğunu bildirdiyini, bu zaman Abbasov Qombayın da oraya gəldiyini, hər ikisinin də sərxoş vəziyyətdə olduqlarını, bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, səs-küy salaraq ictimai qaydanı pozduqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Rüstəm Vaqif oğlu ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 16.06.2021-ci il tarixli 0297 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16.06.2021-ci il tarix saat 23:00-da inzibati qaydada tutlmuşdur. İş materiallarında olan 16.06.2021-ci il tarixli, 76 nömrəli tibbi arayışdan görünür ki, Şəxs ağır dərəcədə sərxoş vəziyyətdədir. İş materiallarında olan 17.06.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin səmimi peşmançılığını isə yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilməli və həbsetmənin əvvəli Şəxs tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16.06.2021-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-42/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-42/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver