Məhkəmə qərarları › İş №3(110)-42/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-42/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-42/2025 10.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayonu, St.Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, usta, Şərur rayonu, St Daşarx kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza və X1 Nəzarət Xidmətinin qərarı üzrə 1120 manat məbləğində inzibati cəriməni ödəməkdən yayındığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında Şəxsn icra icra sənədi üzrə 700 manat borcu və 420 manat dəbbə pulu olmaqla, ümumilikdə 1120 manat məbləğində pulu ödəməkdən yayındığını, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş verildiyini, icra sənədlərinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, lakin Şəxs qanunla müəyyən edilmiş müddətdə cərimələri ödəmədiyini, araşdırma zamanı onun mülkiyyətində hər hansı bir əmlakının, iş yerinin, hər hansı digər qazancının və ya gəlirinin olması da müəyyən edilmədiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada icra sənədlərini 3 ay müddətinə icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyini qeyd edərək, borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə məlumatının olduğunu, işsiz olduğunu, mülkiyyətində heç bir əmlakının olmadığını, buna görə də, 700 manat məbləğində inzibati cəriməni vaxtında ödəyə bilmədiyi üçün əlavə olaraq 420 manatdəbbə pulu hesablandığını, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Naxçıvan Muxtar Respublikası Şərur rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Şərur rayon Ələkli kəndində Arpaçaydan 22 may 2024-cü il tarixdə balıq və digər su bioresurslarının mühafizəsi qaydalarını pozaraq inzibati xəta törətmişdir; - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Şərur rayon Ələkli kəndindən keçən Arpaçayda balıq və digər su bioresurslarının mühafizəsi qaydalarını pozaraq inzibati xəta törətmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir; - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, pensiya və sosial ödənişlərlə təmin olunmamış, həmçinin banklarda girov və ya pul hesabları aşkar edilməmişdir; - xx.xx.2025-ci il tarixli, ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza və X1 Nəzarət Xidmətinin qərarı üzrə 1120 manat məbləğində inzibati cəriməni ödəməkdən yayındığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X5 icra sənədi üzrə cərimə növündə inzibati tənbehi ödəməsi ilə bağlı xəbərdar edilməsinə baxmayaraq, o, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bundan başqa iş materialında sənədlərlə, icra işi üzrə sistemdən çıxarışla müəyyən edilir ki, Şəxs adına həmin borcun yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları aşkar edilməmişdir. Bununla da Şəxs inzibati cərimə olunmasına dair barəsində olan qərarı qanunvericiliklə müəyyən edilmiş müddətə icra etmədiyindən icra məmuru tərəfindən şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir; - 150.10- maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir; - 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh edilməlidir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir; - 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz; - 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur; - 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Beləliklə də, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməli, həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli MN1779368 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının icrasına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1, 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar