Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-43/2021 19.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1992-ci Sədərək rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, İKT mütəxəssisi işləyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda duran və Şərur rayon Maxta kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 18.06.2021-ci il tarixdə saat 21:00 radələrində Şərur rayonunun Maxta kəndində kənd mərkəzində sərxoş vəziyyətdə səs-küy salaraq, ucadan nalayiq söyüşlər etmiş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında ailəsi ilə birlikdə 18.06.2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdə 2 butulka pivə içərək sərxoş olduğunu, saat 21:00 radələrində evdən çıxıb kənd mərkəzinə doğru getdiyini, oraya çatan zaman sərxoş olduğu üçün uca səslə çığır-bağır saldığını, ünvansız nalayiq ifadələr işlətdiyini, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin onun polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, buna görə də polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşadığını, 18.06.2021-ci il tarixdə saat 21:00 radələrində iş yoldaşı X4 ilə birlikdə Şərur rayon Maxta kəndində xidmət aparakən həmin kənd sakini Şəxs sərxoş vəziyyətdə kənd mərkəzində mağaza qarşısında adını bilmədiyi və şikayətçi olmayan şəxslərlə mübahisə edərək uca səslə qışqır bağır saldığını gördüklərini, onu nizam-intizama dəvət etdiklərini, lakin Elşən sərxoş olduğundan onların qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 şahid X1 qeyd etdiyi halları təsdiq edərək onunla eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan 19.06.2021-ci il tarixli sərxoşluq halının təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs alkol göstəricisi 1,28 promildir, alkoqol sərxoşluğu ağır dərəcədə müəyyən olunmuşdur. İş materiallarında olan 18.06.2021-ci il tarixli tutma protokolundan görünür ki, Şəxs 18.06.2021-ci il tarixdə saat 22:45 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 19.06.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin səmimi peşmançılığını isə yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu 05.04.2021-ci il tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 18.06.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-43/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-43/2021
19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver