Məhkəmə qərarları › İş №3(110)-43/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-43/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-43/2023 16.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1993-ci ildə Şərur rayonu Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə Şərur rayon Çomaxtur kənd sakini Şəxs Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X2 göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq vermiş olduğu izahatında, 2022-ci ili fevral ayından ilk dəfə olaraq narkotik vasitəni qəbul etdiyini, buna görə 19 fevral tarixində 30 gün həbs olunduğunu, ondan sonra ötən müddət ərzində narkotik qəbul etmədiyini, 10 fevral 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində alış-veriş etmək məqsədilə Türkiyə Respublikasının İğdır şəhərinə getdiyini, həmin gecə oteldə qaldığını, 11 fevral 2023-cü il tarixdə İstanbul şəhərində yaşayan əsgərlik yoldaşı olan Elxan Nəbiyev vasitəsilə İğdır şəhərində Sinan adlı türk vətəndaşını tanıdığını, həmin şəxslə İnstagram sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını, ona narkotik vasitə lazım olduğunu bildirdiyini, ona 150 türk lirəsi məbləğində metamfetamin verməsini istədiyini, sonra həmin şəxslə görüşüb maddəni ondan aldığını, İğdır şəhərini tərk etdiyini, 11 fevral 2023-cü il tarixdə axşam saatlarında evə qayıtdığını, evdə problem olduğu üçüçn birbaşa Culfa rayonuna - qaynıgilə getdiyini, 2-3 gün orada qaldıqdan sonra yenidən Türkiyə Respublikasına getmək qərarına gəldiyini, Sədərək gömrük məntəqəsində olan zaman gömrük əməkdaşlarının onu saxlayaraq polis əməkdaşlarına təhvil verdiklərini, himayəsində 2 azyaşlı uşağın olduğunu, valideynlərinin yaşlı olduğunu, özünün əkinçilik fəaliyyəti ilə məşğul olub ailəsinə baxdığını bildirərək onun barəsində həbslə bağlı olmayan tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Şərur Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili X6 vermiş olduğu izahatında 11 fevral 2023-cü il tarixdə Şərur Rayon Polis İdarəsində olarkən telefon vasitəsilə məlumat daxil olduğunu, ekspertin rəyi ilə Əliyev Rasif və Abdullayev Əyyubun analizində narkotik vasitənin aşkar olunduğunu, onların izahatı alınan zaman Şəxs narkotik vasitəni onlara satdığının müəyyən olunduğunu, Şərur Rayon Məhkəməsinin qərarı ilə onların barəsində inzibati həbs tənbeh növünün tətbiq olunduğunu, Elnurla bağlı əməliyyat əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, axtarış zamanı Elnur yaşadığı evdə tapılmadığından onun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulduğunu, yaşadığı evə baxış keçirilən zaman narkotik vasitənin aşkar olunmadığını, 14 fevral 2023-cü il tarixdə Sədərək gömrük məntəqəsindən Türkiyə Respublikasına keçmək istəyən zaman gömrük əməkdaşları tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyini, Şəxs narkotik maddədən istifadə edib-etməməsini müəyyən etmək məqsədilə Y.Budaqov adına Naxçıvan MR X2 göndərildiyini, həmin şəxsin qanında metamfetamin aşkar olunduğunu, 15 fevral 2023-cü il tarixdə şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən olunması üçün toplanmış materialların istintaq və təhqiqat bölməsinə verildiyini, 16 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın qəbul olunduğunu, buna görə də şəxsin barəsində inzibati protokol tərtib olunanarq Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs üzərində axtarış aparılmış, onun üzərində qol saatı, mobil telefon və ümumivətəndaşlıq pasportu aşkar edilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:40-da azad edilmişdir. İş materiallarında olan baxış protokolundan görünür ki, Şəxs məxsus Şərur rayon Çomaxtur kəndində yerləşəv evinə baxış keçirilmiş və hər hansı hansı əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2023-cü il tarixli 172 saylı rəyinə əsasən, Bayramlı X4 Muxtar Respublikası X3 sidik narko-test vasitəsiylə müayinə olunmuş və nəticədə MET (metamfetamin) müsbət aşkar olunmuşdur. Abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 211 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 3(110)-11/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs 30 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar