Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-43/2025 24.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur rayonu, Diyadin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq atası, natamam orta təhsilli, fəhlə-moyka, Şərur rayonu, Diyadin kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra sənədi üzrə 1600 manat aliment borcu vardır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(090)-91/2013 saylı icra vərəqəsinə əsasən 08 iyul 2013-cü il tarixdən hesablanmaqla azyaşlı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs Sətar oğlunun qazancının və (və ya) başqa gəlirlərin dördə bir hissəsi aliment qismində alınaraq X4 verilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-647/2024 saylı icra vərəqəsinə əsasən Şərur rayon Diyadin kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumlikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Şahbuz rayon Qızıl Qışlaq kəndində yaşayan X4 ödənilməsi, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmasının müəyyən edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun Şərur rayon İcra və Probasiya Şöbəsinə dəvət edildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, barəsində izibati xəta haqqında protokol tərtib edildikdən sonra aliment borcundan 300 manat ödədiyini, qalan borcunu hər həftə 100 manat, aylıq aliment ödənişlərini isə vaxtı vaxinda ödəyəcəyini bildirdiyini qeyd edərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədləri barədə xəbərdar olduğunu, işləmədiyi və maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyini, haliyədə yeni işə girdiyini, aliment borcundan 300 manat ödədiyini, bundan sonra hər həftə 100 manat olmaqla aylıq 400 manat aliment borcunu, 300 manat isə aylıq aliment ödənişlərini vaxtı-vaxtında ödəyəcəyini qeyd edərək, məhkəmədən onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: - Şahbuz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(090)-91/2013 saylı icra vərəqəsinə əsasən X7 ilə Şəxs arasında Şahbuz Rayon Qeydiyyat Şöbəsində bağlanmış 09 sentyabr 2011-ci il tarixli 38 saylı nikah qeydi pozulması, nikahın pozulmasına dair şəhadətnamə verilərkən Şəxs Sətar oğlundan 15(on beş) manat alınaraq dövlət büdcəsinə ödənilməsi, X8 həmin rüsumu ödəməkdən azad olunması, 27 avqust 2012-ci il tarixdə anadan olmuş X10 anası X2 yanında saxlanılması, 08 iyul 2013-cü il tarixdən hesablanmaqla azyaşlı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs Sətar oğlunun qazancının və (və ya) başqa gəlirlərin dördə bir hissəsi aliment qismində alınaraq X4 verilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-647/2024 saylı icra vərəqəsinə əsasən Şərur rayon Diyadin kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumlikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Şahbuz rayon Qızıl Qışlaq kəndində yaşayan X4 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi qət edilmişdir. - 24 fevral 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra sənədi üzrə 1600 manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - Şəxs tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir; - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri vardır, o, pensiya və sosial ödəniş almır. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-43/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-43/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver