Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-44/2021 25.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1983-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmayan, Şərur rayon Mahmudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 25.06.2021-ci il tarixdə saat 23:30 radələrində “Sahil” restoranında olan zaman uca səslə səs-küy salmaqla yanaşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında 24.06.2021-ci il tarixdə saat 23:00 radələrində pivə içmək üçün Yuxarı Daşarx kəndində yerləşən “Sahil” restoranına getdiyini, restorana daxil olarkən qardaşı X3 restoranda olduğunu gördüyünü, qardaşı ilə birlikdə oturub pivə içdiklərini, bu zaman əvvəldən tanımadığı ofisiantın onların masalarına yaxınlaşdığını, onu kənara gəlməyə çağırdığını və onunla işi olduğunu bildirdiyini, qardaşının ona getməməyi bildirdiyini, bu zaman ofisiantla qardaşı arasında mübahisə çıxdığını, içkili olduqları üçün səs-küy saldıqlarını, ona görə də restoranda olanların onların hərələtlərinə etiraz etdiyini, sonra oraya gələn polis əməkdaşlarının onları polis şöbəsinə apardıqlarını, tutduğu əməldən peşman olduğunu, bir daha bu cür harəkətlərə yol verməyəcəyini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, birinin üç yaşında olduğunu bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 izahatında 25.06.2021-ci il tarixdə saat 23:20 radələrində dostu Səfərov Həmid ilə birlikdə “Sahil” restoranında yemək yediklərini, bu zaman 2 nəfər tanımadığı şəxsin səs-küy saldığını və nalayiq ifadələr işlətdiklərini gördüyünü, polis əməkdaşlarının onlara yaxınlaşaraq onları sakitləşdirdiklərini, sonra onları polis şöbəsinə apardıqlarını, bu zaman onların da polis şöbəsinə getdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Mirsani Mirmehdi oğlu ilə eyni məzmunda izahat verərək onun dediklərini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan 25.06.2021-ci il tarixli 03000 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25.06.2021-ci il tarix saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 25.06.2021-ci il tarixli, 88 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoş vəziyyətdədir. İş materiallarında olan 25.06.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, himayəsində azyaşlı uşağının olmasını isə yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat miqdarında inzibati cərimə edilməldir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-44/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-44/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver