Məhkəmə qərarları › İş №3(110)-44/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-44/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-44/2023 09.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Şərur rayon Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Yuxarı kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Naxçıvan MR X9 idarəsinin yol patrul xidməti inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddələrinə əsasən 06.02. 2023-cü il tarixdə inzibati xəta haqqında İXP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, 16 fevral 2023-cü il tarixdə xidməti alkotestr müayinəsindən imtina etdiyi səbəbindən həkim müayinəsinə göndərilmiş, həkimin verdiyi 6 №-li akta əsasən müayinədən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şərur şəhərindən Naxçıvan şəhərinə getdiyini, həmin vaxt içkili olduğunu, avtomobili dostu X1 idarə etdiyini, özünün arxa oturacaqda oturduğunu, Naxçıvan şəhərində “Əyləncə Mərkəzinin” yanında DYP əməkdaşlarının avtomobili saxladıqlarını, avtomobilin arxa oturacağından düşdüyünü, DYP əməkdaşının onun alkotestr müayinəsindən keçirdiklərini, alkotestr 20 %, yəni az nəticə göstərdiyi üçün həkim tərəfindən müayinə olunmaq üçün daha sonra xəstəxanaya getdiklərini, orada da həkim müayinəsindən imtina etdiyini, müayinədən imtina etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında Naxçıvan MR X9 idarəsində yol patrul xidməti inspektoru vəzifəsində işlədiyini, 16 fevral 2023-cü il tarixdə saat təxminən 02:00 radələrində Naxçıvan şəhərinin girişində **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanması üçün xidməti avtomobilin siqnallarından istifadə etdiklərini, lakin həmin avtomoilin sürücüsünün avtomobili saxlamadığını, xidməti avtomobillə həmin avtomobilin arxasıca getdiklərini, Naxçıvan şəhərində “Əyləncə Mərkəzinin” yanında avtomobili saxladıqlarını, Şəxs arxa oturacaqdan yerə düşdüyünü, avtomobili idarə edən şəxsin başqa şəxs olduğunu, Şəxs alkotestr müayinəsindən imtina etdiyini, buna görə də, onu xəstəxanaya apardıqlarını, orada da həkim müayinəsindən imtina etdiyini, Şəxs avtomobili idarə edərkən görmədiyini, avtomobili saxladıqları zaman Elçinlə yerlərini dəyişdirdiklərini, Elmarın avtomobili idarə etməsinin təhlükəsizlik kameralarından görünəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında xx.xx.2023-cü il tarixdə Elmar mənə zəng edərək, içkili olduğunu, Naxçıvan şəhərinə getməli olduğunu, buna görə də avtomobili idarə etməyi ondan istədiyini, onun təklifini qəbul etdiyini, birlikdə Naxçıvan şəhərinə istiqamətində gedtiklərini, Püsyan kəndi istiqamətində DYP-nin xidməti avtomobilinin onların arxasıca gəldiyini, ona saxlaması üçün işarə verdiyini gördüyünü, avtomobili yolun sağ tərəfinə saxlamaq üçün çəkdiyini, DYP avtomobilinin geri qayıtdığını gördükdən sonra hərəkətə davam etdiyini, Naxçıvan şəhərində “Əyləncə Mərkəzinin” yanında DYP avtomobilinin ona işarə vediyini görüb avtomobili saxladığını, Elmarla birlikdə avtomobildən düşdüklərini, DYP əməkdaşlarının onu müayinə etmədiklərini, Elmarı alkotestr müayinəsində keçirdiklərini, spirtin dərəcəsi az çıxdığı üçün Elmarı xəstəxanaya apardıqlarını, orada Elmar avtomobili idarə etmədiyini bildirərək müayinədən imtina etdiyini, həqiqətən də Elmarın avtomobili idarə etmədiyini, onun arxa oturacaqda oturduğunu, avtomobili özünün idarə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şəxs izahatında avtomobili idarə etmədiyini bildirərək, ötən məhkəmə iclasında da qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X5 izahatında hadisənin baş verdiyi vaxt axşam saatları olduğu üçün təhlükəsizlik kameraları görüntüləri ilə Şəxs avtomobili idarə edib-etməməsini müəyyən edə bilmədiklərini, buna görə də həmin görüntüləri məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqi tapmır. Belə ki, keçirələn məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs içkili olduğunu etiraf etsə də, avtomobili özünün idarə etmədiyini, dostunun idarə etdiyi, ona görədə həkim müayinəsindən imtina etdiyini bildirmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş X9 idarəsinin yol patrul xidməti inspektoru avtomobili Şəxs idarə etdiyini, onları saxladıqdan sonra avtomobildə olan digər şəxslə yerlərini dəyişdirdiklərini bildirsə də bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 19 nömrəli nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmə barədə protokoldan görünür ki, Şəxs xidməti alkotestr müayinəsindən imtina etdiyi üçün tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 6 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktdan görünür ki, Şəxs müayinədən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “nəqliyyat vasitələrinin duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, “Vaz 21074” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmşdir. İş materialında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə xidməti alkotestr müayinəsindən imtina etdiyi səbəbindən həkim müayinəsinə göndərilmiş, həkimin verdiyi 6 №-li akta əsasən müayinədən imtina etmişdir, nəticədə Azərbaycan Respublikası İXM-nın 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 6 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sərxoşluq vəziyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmiş, bu barədə protokolda ümumiyyətlə hər hansı qeydlər aparılmamışdır. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; - 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir; - 69.1-ci maddəsinə əsasən ... hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Bununla da məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş hərəkətlər edilmədən tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar