Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-44/2025 24.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Yuxarı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 uşaq atası, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: 61V5B0A) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR X12 Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi ekspertizası patologiya anotomiya birliyindən daxil olmuş exspert rəyinə əsasən marixuana və metanfetamin aşkar edilmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək o Şərur rayon Yuxarı Aralıq kəndində yaşadığını, onun, təxminən 2024-cü ilin noyabr ayında istifadə etdiyi narkotik tərkibli maddələrə görə həmin ayın 13-də AR İXM-nin 206-cı maddəsi ilə 1 ay müddətdində inzibati qaydada həbs edildiyini və 2024-cü ilin dekabr ayının 16-da həbsdən azad olunduğunu, o ondan sonra heç vaxt narkotik tərkibli maddə istifadə etmədiyini, daha sonra 21 yanvar 2025-ci il tarixdə onu yenə narkotik tərkibli maddələri istifadə etməyinə görə Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada Şərur Rayon Polis İdarəsinin əməkdaşları ona narkotik vasitə istifadə edib-emədiyimi dediklərini, onunda, onlara narkotik tərkibli maddələrdən istifadə etmədiyini dediyini, bundan sonra onlar ondan analiz götürmək istədiklərini, onunda, onların analiz götürmələrinə icazə verdiyini və verdiyi "sidik" analizinə görə onun narkotik tərkibli maddə istifadə etmədiyi məlum olduğunu, bundan sonra onlar ona "qan" analizi də verməli olduğunu dediklərini və onun yenə də buna razılıq verdiyini, qan analizi verdiyin, qanında narkotik vasitə aşkarlandığını, 2024-cü ilin noyabr ayında narkotik vasitədən istifadə etdiyini, buna görə də, analiz zamanı qanında narkotik vasitə aşkarlandığını, həmin vaxtdan bu günədək narkotik vasitələrdən istifadə etmədiyini qeyd edərək, məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 vermiş olduğu izahatında Şərur rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə saat təxminən 10:00 radələrində Şərur rayon Çərçiboğan kənd sakini Şəxs narkotik tərkibli maddələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatın daxil olduğunu, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onu müayinə məqsədilə Y.Budaqov adına Naxçıvan MR X3 apardıqlarını, sidik-narkotest vasitəsilə müayinə zamanı testin nəticəsinin mənfi çıxdığını, daha sonra onu Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PA birliyində qan analizi verdiyini, bu zaman Şəxs marixuana və metamfemin adlı narkotik tərkibli vasitədən istifadə etməsinin müəyyən olunduğunu, onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərildiyini bildirmişdir. İş materiallarında olan : - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 92 saylı, xx.xx.2025-ci il tarixli narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs Həşiş narkomaniyasından əziyyət çəkir. Hal-hazırda narkomaniyaya bağlı abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə mənfi aşkar olunmuşdur. Səhiyyə Nazirliyinin MTE və PA birliyindən alınmış xx.xx.2025-ci il tarixli 11/K saylı ekspert rəyinə əsasən qanında SP marixuana və metamfetamin aşkar olunub; - Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PA birliyindən alınmış xx.xx.2025-ci il tarixli 11/K saylı ekspert rəyinə əsasən Şəxs qanında metanfetamin və marixuana (kannabinoid) aşkar edilmişdir; - Şərur rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi ekspertizası patologiya anotomiya birliyindən daxil olmuş exspert rəyinə əsasən marixuana və metanfetamin aşkar edilmişdir; - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şərur rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 47 və 49 nömrəli materiallar üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Məhkəməsinin 3(110)-328/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 -cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağrılaşdıran halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 5 (beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdə hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-44/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-44/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver