Məhkəmə qərarları › İş №3(110)-45/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-45/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-45/2020 28.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdim: Vətəndaş Şəxs barəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X3 tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası İXM-nə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2ci maddələri ilə təqsirli bilinərək onun barəsində xx.xx.2020-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün xx xxxx 2020-ci il tarixli məktubla Şərur Rayon Məhkəməsinə göndərilsə də, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibti xəta haqqında iş üzrə sənədlər Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq rəsmi qaydada verilməli, bundan sonra İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, qərar qanuni qüvvəyə minsin. Yalnız qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə inzibati xəta haqqında protokolun İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı inzibati materiala əlavə edilməli idi. Lakin inzibati materialda inzibati xəta haqqında protokolun 3 ay əvvəl vətəndaş Şəxs göndərilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Buna görə də həmin müddətin barəsində icraat aparılan şəxsə münasibətdə başa çatıb-çatmamasını müəyyən edilməsi mümükün olmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldım: Vətəndaş Şəxs barəsində tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun, ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati material ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 geri qaytarılsın. Hakimi: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar