Məhkəmə qərarları › İş №3(110)-46/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-46/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-46/2020 26.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, 1997-ci ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Şərur rayon Oğlanqala kəndi sakini Zərərçəkmiş şəxs yumruq atmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində atası Arzu Abdullayevin ona zəng vuraraq özlərinə məxsus iribuynuzlu heyvanların əmisi Zərərçəkmiş şəxs əkin sahəsinə girdiyini bildirdiyini, onun həmin əkin sahəsinin olduğu əraziyə getdiyini, ora çatdıqda isə onlara məxsus on baş iribuynuzlu malın özlərinə məxsus qarğıdalı sahəsində otladıqlarını gördüyünü, həmin vaxt sahənin qırağında əmisi Zərərçəkmiş şəxs olduğunu gördüyünü, əmisinə yaxınlaşaraq həmin malları onların yerinə kimin ötürdüyünü soruşduğunu, əmisi Zərərçəkmiş şəxs həmin malları həmin əraziyə mən ötürmüşəm dediyini, nə üçün maları əkin sahəsinə ötürdüyünü soruşduğunu, əmisinin həmin mallardan birinin onun əkin sahəsində olduğunu, ona görə də qəsdlə malların hamısını açıb onların əkin sahəsinə ötürdüyünü bildirdiyini, onun Zərərçəkmiş şəxsa gözlə atam gəlsin mallar əkin sahəsinə nə ziyan vurub özünüz razılaşın dediyini, əmisi Zərərçəkmiş şəxs onun üstünə gəldiyini, ona nalayiq ifadələr işlətdiyini, onun əsəbləşərək Zərərçəkmiş şəxs sol göz nahiyyəindən yumruqla vurduğunu və həmin ərazidən uzqlaşdığını qeyd edərək, məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs vermiş olduğu izahatda, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radlərində özünə məxsus olan yaşadığı ərazidə yerləşən çöl torpağındakı qarğıdalı əkin sahəsinə baxmağa getdiyini, həmin sahəyə çatdıqda yerində on baş iribuynuzlu malın olduğunu gördüyünü, həmin malların qarğıdalı sahəsinin bir hissəsini məhv edərək orada otladıqlarını, həmin malların qardaşı Vəfadara məxsus olduğunu gördüyünü, yanında olan həmkəndlisi Cavanşir Seyidovun vasitəsi ilə həmin qardaşının oğlu Pərvizə zəng vuraraq onlara məxsus olan malları onun yerindən çıxarmasını bildirdiyini, Cavaniş Seyidovun sonra oradan getdiyini, sonra həmin qardaşımın kiçik oğlu Şəxs həmin sahəyə gəldiyini, ona sən o qədər qudurubsan ki, bizim malları açıb buraxıbsan dediyini, Şəxs ona yaxınlaşaraq sifət nahiyyəsindən yumruqla vurduğunu və sonra oradan qaçıb uzaqlaşdığını, qardaşım Vəfadara məxsus olan iribuynuzlu malları Şəxs dəfələrlə açaraq ona məxsus olan qarğıdalı sahəsinə buraxdığını bildirdiyini qeyd edərək, Gündüzün törətdiyi əməlindən səmimi peşman olduğunu, hal–hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Oğlanqala kənd ərazisində olan çöl torpağındakı yoncadan ibarət olan əkin sahəsini biçtirmək məqsədilə həmin ərazidə olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan qarğıdalı əkin sahəsində bir ədəd iribuynuzlu malın otladığını gördüyünü, bu zaman yonca sahəsini biçmək üçün həmin əraziyə gələn və Zərərçəkmiş şəxsdə kürəkəni olan Cəfərxan Abbasova bir ədəd iribuynuzlu malın qayınatasının yerində otladığını bildirdiyini təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs həmin əraziyə gələrək ona məxsus olan əkin sahəsindəki malın qardaşı Arzuya (Vəfadara) məxsus olan qarğıdalı sahəsinə burxadığını və ona qardaşı Arzunun böyük oğlu Pərvizə zəng vuraraq gəlib mallarını ziyan vermədən həmin ərazidən çıxarmasını dediyini, onun Pərvizə zəng vurduqdan sonra həmin ərazidən uzaqlaşdığını, lakin Madarın həmin ərazidə qaldığını, sonra isə eşitdiyinə görə Madarın orada olarkənd qardaşı Arzunun oğlu Gündüz tərəfindən yumruqla vurulduğunu eşitdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0063 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs yumruqla vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Oğlanqala kənd sakini Şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 61 nömrəli ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- burnunda sıyrılar, gözün alt nahiyyəsində qançur, almacıq nahiyyəsində yara mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə, müayinə gününə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Şərur rayon Oğlanqala kənd ərazisində fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs olunu döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Lakin məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar