Məhkəmə qərarları › İş №3(110)-47/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-47/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-47/2023 22.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Şərur rayon Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, ali təhsilli, işsiz, İİ qrup əlilliyi olan, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 012321 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs 2 icra vərəqəsi üzrə ümumilikdə 13596 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə övladları xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment ödənilməsinin müəyyən olunduğunu, aliment borclarını ödəməkdən qərəzli olaraq yayınmadığını, İİ qrup əlil olduğunu, eyni zamanda hepatit və qaraciyər serrozu xəstəliklərindən əziyyət çəkdiyini, məşğulluq şöbəsində qeydiyyatda durduğunu, lakin işlə təmin olunmadığını, 180 manat pensiya aldığını, buna baxmayaraq 20 manat da anasının pensiyasından həmin pulun üzərinə qoyaraq hər iki icra sənədləri üzrə ümumilikdə 200 manat aliment ödədiyini, işlə təmin olunacağı halda aliment borcunun hamısını ödəyəcəyini qeyd edərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahatında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X1 hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 Şəxs tərəfindən hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment ödənilməsinin müəyyən olunduğunu, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərildiyini, icra sənədi Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclu Şəxs hər ay hər iki icra sənədi üzrə 200 manat məbləğində aliment ödədiyini, lakin bu məbləğin tələbkarları qane etmədiyini, tələbkarların dəfələrlə ondan alimenti tələb etdikləri, vəzifəsini yerinə yerinə yetirmədiyini əsas gətirərək onun barəsində müxtəlif dövlət orqanlarına şikayət edildiyini, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ümumlikdə 2698 manat, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə isə 1815 manat ödədiyini, aliment tam ödəmədiyi üçün 13596 manat borcunun yarandığı, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi ilə qızı xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir Şərur Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarların təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9017/2019 saylı, xx.xx.2019-cu il tarixli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2236/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şəxs rəsmi qaydada göndərilmişdir. İş materialında olan Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli iltizamlardan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli, 012296 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs iki icra sənədi üzrə ümumilikdə 13596 manat aliment borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan “Elektron İcra Sistemi”ndən çıxarışdan görünür ki, Şəxs adına bank hesabları, daşınar və daşınmaz əmlak, əmək müqaviləsi üzrə iş yeri aşkar olunmamış, lakin İİ qrup əlil olduğu üçün 220 manat məbləğində pensiya aldığı aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs 220 manat pensiya almasına baxmayaraq hər iki icra sənədi üzrə yaranmış borcun onun pensiyasına yönəldilərək icra olunmasına nail olmaq mümkün və ağılabatan deyildir. Məhkəmə baxılan inzibati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar