Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-48/2021 02.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhər Səbail Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 10.04.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 100 manat məbləğində cərimə edilmiş, icra edilməsi üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsi 21.05.2021-ci il tarixdə həmin icra sənədini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən geri qaytarmış, həmin material 16.06.2021-ci il tarixdə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə izah edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana - Bakı Şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-48/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-48/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver