Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-48/2023 22.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyraniva Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1988-ci ildə Şərur rayonu, Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, Şərur Rayon Su və Melarasiya İdarəsində sürücü işləyən, Şərur rayon Dizə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Dizə kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində qardaşı X1 ilə birlikdə ictimai qaydanı pozmuş, bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində qardaşı oğlu Kənana zəng vuraraq nə üçün çörək almaqdan qayıtmadığını soruşduğunu, Kənanın ona polis əməkdaşlarının onu saxladığını bildirdiyini, bu zaman özünün xəstəxanada olduğunu, oradan çıxıb Kənanın yanına getdiyini, komandirə Kənanın atasının xəstə olduğunu, çörək almağa getdiyini bildirdiyini, onu ötüşdürməyi xahiş etdiyini, polis əməkdaşlarından bir nəfərin onların maşınına əyləşdiyini, Kənanın sürücülük vəsiqəsi olmadığı üçün maşını özünün idarə etdiyini və dayanacağa apardığını, yolda xəstəxananın yanında maşını saxladığını, qardaşı Mahirin də maşına əyləşdiyini, polis əməkdaşlarının reyd keçirdikləri yerə getdiyini, maşından düşüb komandirin yanına getdiklərini, Kənan atasının avtomobilini qanunsuz idarə etdiyi üçün barələrində protokol tərtib olunacağının onlara bildirildiyini, onların isə protokolun tərtib olunmasına narazılıq etdiklərini, polis əməkdaşlarının onları səs-küy salmamağa və intizama dəvət etdiklərini, onların isə əsəbi olduqları üçün polisin qanuni tələbinə tabe olmadıqlarını bildirərək məhkəmədən yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur rayonu ərazisində ümumi reyd keçirilən zaman “VAZ 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığını, yoxlanış zamanı Kənanın sürücülük vəsiqəsi olmadığını müəyyən etdiklərini, maşının dayanacağa getməli olmasının ona izah olunduğunu, özünün maşına əyləşərək maşını duracağa apardığını, maşını Azadinin idarə etdiyini, Azadinin maşını xəstəxananın yanında yolda saxladığını, Kənanın atasının gəldiyini, sonra Azadinin maşının reyd keçirilən əraziyə sürdüyünü, Azadinin, qardaşı xəstə olduğu üçün komandirdən bu dəfəlik onları ötüşdürməyi xahiş etdiklərini, onlara maşının qanunsuz idarə olunduğunu, qardaşının xəstə olmasının bu qanunsuzluğa rəvac vermədiyini, avtomobili sürən şəxsin sürücülük vəsiqəsinin olmadığını, bu səbəbdən avtomobili qanunsuz idarə edən şəxsin və avtomobil sahibinin barəsində protokol tərtib ediləcəyinin izah olunduğunu, onların yenə də narazılıq edərək münaqişə yaratdıqlarını, protokolun tərtib olunmasına etiraz etdiklərini, Mahirin polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətdiyini, bu zaman təxminən 30-40 nəfər vətəndaşın onların səsinə toplaşdığını, vətəndaşların önündə Azadi və qardaşının onlara hörmətsizlik etdiklərini, Azadinin “sən kimsən, heç nə edə bilməzsən?”, “əgər qardaşıma bir şey olsa, maşınla üstünüzdən keçərəm” dediyini, onların qanuni tələbinə tabe olmadıqlarını və öz hərəkətlərini davam etdirdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur rayonu ərazisində reyd keçirilən zaman iş yoldaşı Əlinin “VAZ 2107” markalı avtomobili saxladığını, yoxlanış zamanı Kənanın sürücülük vəsiqəsi olmadığını müəyyən etdiklərini, maşını dayanacağa aparmaq üçün Əlinin maşına əyləşdiyini, bir neçə dəqiqə sonra həmin maşının reyd keçirilən əraziyə qayıtdığını, Azadi və qardaşı Mahirin maşından düşərək onların üzərin gəldiklərini, bu dəfəlik ötüşdürməyi xahiş etdiklərini, onlara maşının qanunsuz idarə olunduğunu, sürən şəxsin sürücülük vəsiqəsinin olmadığını, onların barəsində protokol tərtib ediləcəyinin izah olunduğunu, onların yenə də narazılıq edərək protokolun tərtib olunmasına etiraz edərək nalayiq ifadələr işlətdiklərini, onları sakitləşdirməyin mümkün olmadığını, buna görə də PPX-ni dəvət etdiklərini bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0330 nömrəli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:30-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0060 nömrəli şəxsi axtarış protokolundan görünür ki, Şəxs üzərindən 1 ədəd “Samsung” markalı telefon, 1 ədəd pulqabı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 231 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal, şəxsin əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-48/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-48/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver