Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-48/2024 12.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Danyeri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, bitərəf, subay, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Danyeri kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Danyeri kəndində, kənd mərkəzində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında Türkiyə Respublikasından bir həftə əvvəl gəldiyini, məhz buna görə də heç bir yerdə işləmədiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:10 radələrində onun öz məhəlləsində olduğunu, həmkəndlisi Pərvizin yanına gələrək mağazadan gedib spirtli içki götürüb kəndin kənarında, kanalın üstündə içməyi bildirdiyini, onun həmkəndlisi Pərvizlə kənd mağazasına gedərək bir ədəd 700 qramlıq araq, kolbasa, düşes, çörək və s. götürüb kanalın üstünə getdiklərini və arağı orda içdiklərini, daha sonra Pərvizlə kənd mərkəzinə gəldiklərini, Pərvizin ona bir pivə aldığını, onun da həmin pivəni kəndin mərkəzində, mağazanın qarşısında içdiyini, bu zaman bir maşın gələrək yanında dayandığını, maşının çüçəsinin endiyini və tanımadığı bir nəfərin ona niyə burda pivə içirsən, bura ictimai yerdir, bu qədər adam var burda dediyini, bundan sonra onun maşının qabaq oturacağında oturan bölmə rəisi Orxan Müəllimi gördüyünü, əlindəki pivənin qapağını bağlayıb kənara atdığını və onların polis əməkdaşları olduğunu bildiyini, bundan sonra polis əməkdaşlarının ondan maşına əyləşməyi xahiş etdiklərini, əyləşmək istəmədiyini, səsinin yüksəldərək getmirəm heç yerə, mən nə etmişəm ki, gedəm harasa dediyini, bundan sonra onun polis əməkdaşlarına qarşı kobudluq etdiyini, onların qanuni tələbini yerinə yetirməyərək onlara qarşı müqavimət göstərdiyini. Bölmə rəisi Orxan müəllimin maşından enərək təkrarən ondan maşına əyləşməyi xahiş etdiyini və onun maşına əyləşdiyini, onu xəstəxanaya apararaq sərxoşluq yoxlamasından keçirdiklərini və polis bölməsinə gətirdiklərini, etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsinin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:20 radələrində Şərur RPİ-nin İbadulla PB-nin Ca üzrə əməliyyat müvəkkili polis mayoru X1 ilə birlikdə Şərur rayon danyeri kəndində ərzaq mağazasının yaxınlığında bir nəfər şəxsin spirtli içki qəbul etdiyini gördüklərini, onun maşının şüşəsinin endirərək həmin şəxsə özünü təqdim etdiyini və ondan ictimai yerdə spirtli içki qəbul etməməsini xahiş etdiyini, lakin həmin şəxsin onun tələbinə məhəl qoymayaraq öz əməllərinə davam etdiyini, onun maşından yerə düşdüyünü və vətəndaşdan özünü təqdim etməsini xahiş etdiyini, həmin vətəndaşın adının Təbriz olduğunu bildirdiyini, onun həmkarı Cabbar Hüseynov ilə birlikdə Təbriz adlı şəxsdən onu yaşadığı evə qədər aparmaq üçün maşına əyləşməsini xahiş etdiklərini, lakin Təbrizin onlara səbəbsiz müqavimətlər göstərdiyini və maşına əyləşmək istəmədiyini, onların həmin şəxsi maşına əyləşdirdiklərini, Təbrizin maşında olarkən onlara qarşı kobudluq edərək əl-qol hərəkətləri etdiyini, onun həmkarı Cabbar Hüseynov ilə birlikdə Təbrizi sərxoşluq testindən keçirmək üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, Təbrizin yüksək dərəcədə spirtli içki qəbul etdiyinin məlum olduğunudaha sonra onların Təbriz barəsində qanuni tədbir görülməsi üçün onu Şərur RPİ-nin İTŞnə təhvil verdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsinin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:25 radələrində onun həmkarı polis leytenantı Cavid Oruczadə ilə birlikdə Şərur rayon Dnayeri kəndində xidmətdə olarkən bir nəfər şəxsin kəndin mərkəzində, mağazanın qarşısında spirtli içki qəbul etdiyini gördüklərini, həmin şəxsə yaxınlaşaraq ona burada spirtli içki qəbul etmək olmaz. bura ictimai yerdir deyə bildirdiklərini həmin şəxsin onlara məhəl qoymadan öz əməlinə davam etdiyini, onların avtomobildən enib həmin şəxsin kimliyini soruşduqlarını və həmin şəxsin Danyeri kənd sakini Şəxs olduğunun məlum oduğunu, onların Təbrizdən əyləş avtomobilə səni evinizə aparaq deyə xahiş etdiklərini, Təbrizin onlara qarşı müqavimət göstərərək, siz kimsiniz getmirəm, mən polislərin maşınına əyləşmirəm deyə bildirdiyini, bundan sonra onların Təbrizi avtomobilə əyləşdirdiklərini və Təbrizin pnlara qarşı kobudluq edərək əl-qol atmağa başladığını, onların Təbrizi Şərur Rayon Mərkəzi Xəstəxanasına aparıb sərxoşluq testindən keçirdiklərini və Şəxs oğlunun çox miqdarda spirtli içki qəbul etdiyinin məlum olduğunu, bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Təbrizi gətirib Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə təhvil verdiklərini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Danyeri kəndində, kənd mərkəzində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Danyeri kəndində, kənd mərkəzində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 13 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,40 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, səhhətində olan narahatçılığı və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-48/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-48/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver