Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-49/2023 22.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şərur rayon Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Dizə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx olan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur şəhər ərazisində Respublika YPX-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində ciyərindən müalicə almaq üçün Şərur rayon Mərkəzi Xəstəxənasına getdiyini, ona sistem köçürdüklərindən oğlu Kənana get mağazadan su içməyə stəkan al dediyini, maşının açarının stolun üstündə olduğunu, onun xəbəri olmadan oğlunun açarı götürüb maşınla rayona çıxdığını, bu zaman DYP əməkdaşlarının oğlunu saxladıqlarını, həmin vaxt oğlunun sürücülük vəsiqəsinin olmadığı məlum olduğunu, maşını cərimə meydançasına aparacaqlarını bildirdiklərini, onların maşını cərimə meydançasına aparanda xəstəxənadan çıxıb maşına əyləşdiyini, qardaşı Azadinin də maşında olduğunu, maşını özünün sürüb polis əməkdaşlarının yanına gəldiyini, oğluna hirsli olduğundan polis əməkdaşları ilə mübahisə etməyə başladığını, polis əməkdaşları ona və qardaşı Azadiyə oğlunun sürücülük vəsiqəsi olmadığından maşının cərimə meydançasına getməli olduğunu bildirdiklərini, onların isə polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq onların qanuni tələbinə tabe olmadıqlarını, əsəbləşdiyi üçün nalayiq ifadələr də işlətdiyini, bu zaman Şərur rayon Polis İdarəsinin əməkdaşlarının gələrək onları sakitləşdirərək Polis idarəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur rayonu ərazisində ümumi reyd keçirilən zaman “VAZ 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığını, yoxlanış zamanı Kənanın sürücülük vəsiqəsi olmadığını müəyyən etdiklərini, maşının dayanacağa getməli olmasının ona izah olunduğunu, özünün maşına əyləşərək maşını duracağa apardığını, maşını Azadinin idarə etdiyini, Azadinin maşını xəstəxananın yanında yolda saxladığını, Kənanın atasının gəldiyini, sonra Azadinin maşının reyd keçirilən əraziyə sürdüyünü, Azadinin, qardaşı xəstə olduğu üçün komandirdən bu dəfəlik onları ötüşdürməyi xahiş etdiklərini, onlara maşının qanunsuz idarə olunduğunu, qardaşının xəstə olmasının bu qanunsuzluğa rəvac vermədiyini, avtomobili sürən şəxsin sürücülük vəsiqəsinin olmadığını, bu səbəbdən avtomobili qanunsuz idarə edən şəxsin və avtomobil sahibinin barəsində protokol tərtib ediləcəyinin izah olunduğunu, onların yenə də narazılıq edərək münaqişə yaratdıqlarını, protokolun tərtib olunmasına etiraz etdiklərini, Mahirin polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətdiyini, bu zaman təxminən 30-40 nəfər vətəndaşın onların səsinə toplaşdığını, vətəndaşların önündə Azadi və qardaşının onlara hörmətsizlik etdiklərini, Azadinin “sən kimsən, heç nə edə bilməzsən?”, “əgər qardaşıma bir şey olsa, maşınla üstünüzdən keçərəm” dediyini, onların qanuni tələbinə tabe olmadıqlarını və öz hərəkətlərini davam etdirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur rayonu ərazisində reyd keçirilən zaman iş yoldaşı Əlinin “VAZ 2107” markalı avtomobili saxladığını, yoxlanış zamanı Kənanın sürücülük vəsiqəsi olmadığını müəyyən etdiklərini, maşını dayanacağa aparmaq üçün Əlinin maşına əyləşdiyini, bir neçə dəqiqə sonra həmin maşının reyd keçirilən əraziyə qayıtdığını, Azadi və qardaşı Mahirin maşından düşərək onların üzərinə gəldiklərini, bu dəfəlik ötüşdürməyi xahiş etdiklərini, onlara maşının qanunsuz idarə olunduğunu, sürən şəxsin sürücülük vəsiqəsinin olmadığını, onların barəsində protokol tərtib ediləcəyinin izah olunduğunu, onların yenə də narazılıq edərək protokolun tərtib olunmasına etiraz edərək nalayiq ifadələr işlətdiklərini, onları sakitləşdirməyin mümkün olmadığını, buna görə də PPX-ni dəvət etdiklərini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur şəhər ərazisində YPX-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 45 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs içkili olmadığı müəyyən edilmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 230 nömrəli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır İş materialında olan xx.xx.2023-cü il tarixli 009016 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şərur şəhər ərazisində Respublika YPX-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin tələbini pozduğundan o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-49/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-49/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver