Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-50/2020 28.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni iştirakları ilə, xx.xx.1969-cu Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 2030 radələrində Şərur rayon Dərəkənd sakini Zərərçəkmiş şəxs döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, qızı Mələk Məmmədovanın xx xxxxx 2020-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə ailə qurmaq məqsədi ilə könüllü olaraq qoşuluq qaçdığını, keçən bu dövr ərzində qızı ilə Sərtif arasında dəfələrcə mübahisə olduğunu, təxminən bir neçə gün bundan qabaq Sərtifin barışmaq məqsədilə bibisi ilə birlikdə onlara gəldiyini, onun buna razılıq verdiyini, Sərtifin qızı Mələklə qonşuluqda olan Əli İsmayılova məxsus boş evdə yaşamağa başladıqlarını, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində qonşuluqda yaşayan qızının səsinə gəldiyini, onun ora gedən zaman Sərtifin qızını döyüdüyünü gördüyünü, onun qızını aparmaq istədikdə Sərtifin əlinə mətbəx bıçağını alıb ona qız bu evdən çıxmayacaq dediyini, təxminən yarım saat sonra anası Xalidə Mahmudovanın gəldiyini, bu zaman onlar arasında olan mübahisənin davaya çevrildiyini, Sərtifin onu yerə yıxaraq vurmağa başladığını, onun Sərtifə gücü çatmadığından dəmir durba parçası ilə baş nahiyyəsində vurduğunu, bu zaman ora gələn polis əməkdaşlarının onları sakitliyə dəvət etdiklərini, sonra hər iki tərəfi evə göndərdiyini bildirərək məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə həmkəndlisi X1 öz razılığı ilə ailə qurmaq məqsədilə qaçırdığını, buna baxmayaraq, aralarında tez-tez mübahisələr olduğunu, sonuncu dəfə barışaraq kənd ərazisində yerləşən qohumları Əli İsmayılova məxsus boş evdə yaşamağa başladıqlarını, bir neçə gün orada yaşadıqlarını, sonra aralarında yenə mübahisə olduğunu, bu zaman Mələyə sillə vurduğunu, Mələyin öz valideynlərini çağırdığını, Mələyin valideynləri ilə birlikdə yaşadıqları evə gəldiyini, aralarında mübahisə olduğunu, mübahisə zamanı anası Xalidə Mahmudovanın da oraya gəldiyini, təxminən saat 20:30 radələrində aralarındakı mübahisənin savaşmağa çevrildiyini, bu zaman evi tərk etmələri üçün İsmayılın üstünə getdiyini, İsmayılın əlindəki dəmir durba parçası ilə onun baş nahiyyəsində vuraraq ona xəsarət yetirdiyini, səsə gələn qonşuların onları ayırdığını, hərənin öz evinə getdiyini, İsmayılın törətdiyi əməlindən səmimi peşman olduğunu, hal–hazırda onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd edərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir İş materiallarına əlavə olunmuş Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007848 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Dərəkənd ərazisində həmkəndlisi kəndi sakini Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur rayon Polis Şöbəsi İTB-nin baş polis sahə inspektoru X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şərur rayon Dərəkənd kənd sakini Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, 65 nömrəli ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-təpə nahiyyələrində yaralar, kürək nahiyyəsində qıyrıq (dişləmə izləri), bel nahiyyəsində sıyrıq küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2020ci il tarixdə saat 20:30 radələrində Şərur rayon Dərəkənd ərazisində həmkəndlisi kəndi sakini Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə onun əməlini Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif edir. Lakin məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Şəxs ilə barışdığını qeyd edərək, məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxsin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53.0.9, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-50/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-50/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver